Modern.az

“İsrafil Hüseynov” gəmisində yaralanan 14 nəfər xəstəxanaya yerləşdirilib 

“İsrafil Hüseynov” gəmisində yaralanan 14 nəfər xəstəxanaya yerləşdirilib 

Hadisə

9 May 2019, 09:01

Xəzər dənizində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş hadisədə xəsarət alan 14 nəfər xəstəxanaya yerləşdirlib.

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirlib.

O, məlumatı əməliyyat işləri aparan “Saipem” şirkətinə istinadla bildirib.

8 may, 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən bədbəxt hadisə nəticəsində yanğın hadisəsi olub.

Yanğın zamanı 14 nəfər müxtəlif dərəcli yağın xəsarətləri alıb və onlar “Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılıb. Yaralananlar dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırılıb. “Saipem” şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq. 

“Vurğulamaq istərdik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur”,-deyə şirkətin açıqlamasında qeyd edilib..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar