Arxiv
10 May 2019, 10:31 | MƏDƏNİYYƏT
Xeyriyyəçilik missiyası, humanizm zirvəsi...

Bu gün Heydər Əliyev Fondunun yaranmasının 15 illiyidir. Ulu öndər Heydər Əliyevin zəngin mənəvi irsini yaşatmaq, ölkəmiz üçün azərbaycançılıq fəlsəfəsinin vacibliyini vurğulamaq və yeni nəsillərdə milli dövlətçilik ideyasını aşılamaq üçün təsis edilən, fəaliyyətinin 15-ci ildönümünü qeyd edən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, texnologiya, ətraf mühit, ictimai və bir çox başqa sahələrdə müxtəlif layihələr həyata keçirməklə yeni cəmiyyətin qurulması, ölkənin sosial və iqtisadi inkişafı prosesində fəal iştirak edir.


Heydər Əliyev Fondu dinlərarası dialoq və multikulturalizmlə bağlı ideyaların yayılması baxımından da əhəmiyyətli işlər görür.


Təşkilat sosial sferaya aid aktual məsələləri - qaçqın və məcburi köçkünlərin, uşaq evlərinin, internat məktəblərin, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların problemlərini daim diqqətə saxlayır.

"Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Uşaq evi və internat məktəblərinin inkişafı" proqramları nəticəsində minlərlə insana yardım göstərilib, kimsəsiz uşaqlara qayğı artırılıb, mühüm sosial problemlər həllini tapıb.

Məhz bu fəaliyyətlərinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur.

 

Bu işlərin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daha çox gələcəyə hesablanmış addımlar atır və onun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir.


Bu qütblərin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu  günə  çatdırdığı  mədəni-etnoqrafik ənənələr dayanır. Ötən on beş il ərzində Heydər Əliyev Fondu öz addımları ilə bu həqiqəti təsdiq etmişdir...



Mehriban xanımın mükəmməl təşəbbüsləri sayəsində Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə quraraq, cəmiyyəti, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu  nəticələri əldə etməyə nail olub. 


Heydər Əliyev Fondu Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamatımıza, sözün əsl mənasında sahib çıxaraq, bu sahəyə də yaxından himayədarlıq edir.  “Qarabağ xanəndələri” adlı albomun nəfis tərtibatda buraxılması, həmçinin, “Qarabağ” kitabının çap olunması Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biri kimi diqqət çəkir. Digər bir  layihə isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bütün əsərlərinin CD və DVD -də buraxılmasını əhatə edir.



Heydər Əliyev Fondu Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə muğamın təşviqində böyük rol oynayıb, Bakıda Muğam Mərkəzi inşa etdirib, bu janrın bir çox ölkələrdə təbliğinə və tanıdılmasına nail olub. Fond eyni zamanda, dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin çoxsaylı kütlə tərəfindən sevilməsinə əvəzsiz töhfələr verir. Yarandığı gündən bəri Heydər Əliyev Fondu dünya mədəniyyəti və sivilizasiyasında yüksək rol oynayıb, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verib.

 

Fond idman sahəsinə də xüsusi diqqət yetirir. 2015-ci ildə Azərbaycanın Birinci Avropa Oyunlarına, həmçinin həmin ildə bədii gimnastika üzrə beynəlxalq kubok yarışına ev sahibliyi etməsində Fond böyük rol oynayıb.
Mehriban Əliyeva Birinci Avropa Oyunlarının keçirilməsində xüsusi fədakarlığı ilə seçilmiş, Azərbaycanın bu mötəbər yarışa ev sahibliyi etməsində xüsusi təşəbbüs göstərmiş, dünyada idman ölkəsi kimi tanıdılmasına töhfələr vermişdir.






Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb.


Mehriban Əliyevanın rəhbərlik etydiyi Heydər Əliyev Fondu  ilk növbədə milli maraqların keşiyində durur. 2016-cı ilin Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin, respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqəti Mehriban xanımın necə insanpərvər və humanist olduğunun əyani sübutudur. O, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsinin dövlət rəhbərliyi üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacib məsələ olduğunu göstərdiyi diqqət və qayğı ilə bir daha nümayiş etdirir, şəhid ailələrini daim diqqət mərkəzində saxlayır.



Təşkilartın gördüyü işlər haqqında Modern.az-a danışan deputat Nizami Cəfərov xüsusi vurğulayıb ki, Azərbaycan mədəniyyətinin, Azərbaycançılıq ideologiyasının, Azərbaycan milli-mənəvi sərvətlərinin qorunmasında Heydər Əliyev Fondunun rolu danılmazdır:

 

“Heydər Əliyev Fondunun Azərbaycan mənəviyyatının və azərbaycanlı özəlliklərin dünyada tanıdılması üçün böyük xidmətləri olub. Tək Azərbaycan mədəni irsinin dünyada təbliği deyil, dünya mədəniyyətinin, incəsənətinin, dünyanın ali dəyərlərinin də ölkəmizdə tanıdılması baxımından Fond böyük işlərə imza atıb.

Mədəniyyətimizin mühüm elementləri, muğam, aşıq sənətləri, Qobustan kimi maddi-mədəni irsimiz, tarixi abidələrimiz, Novruz bayramının timsalında milli bayramlarımız Fond tərəfindən himayə edilir. Azərbaycan mədəni irsinin elə bir nailiyyəti yoxdur ki, Fond onu qoruyub, inkişafı üçün çalışmamış olsun. Bütün bu tədbirlərin ən ümdə məqsədi isə milli mədəniyyətimizin dünyada tanıdılmasıdır. Bu nailiyyətlərinə görə, Fondun prezidenti Mehriban xanım Əliyevaya sonsuz təşəkkür düşür. Heydər Əliyev Fondunun 15 ildə bu qədər böyük uğurlar əldə etməsinin arxasında Mehriban xanımın enerjili, intellektual, hər cəhətdən əsaslandırılmış fəaliyyəti dayanır. Bu işləri həyata keçirmək üçün xalqa, onun tarixinə, mədəniyyətinə böyük məhəbbətlə bağlı olmalısan. Xalqının tarixini, mədəniyyətinin köklərini yüksək səviyyədə bilən adamlar onu dünyaya çatdırmaq üçün diplomatik istedada malik olmalıdırlar. Bütün bu keyfiyyətlər Mehriban xanımda cəmləşib və o, peşəkarlıqla işin öhdəsindən gəlir.

 

Heydər Əliyev Fondu  tək sadaladığımız sahələrə diqqət ayırmır. Fond yardıma ehtiyacı olanlar üçün də ümid yeridir. Fondun bütün sahələrdə həyata keçirdiyi layihələr tarixi işlərdir, həm də mükəmməl təcrübə nümunəsidir”.




Heydər Əliyev Fondunun fəaliyyətə sayəsində Azərbaycanda böyük ənənələri və tarixi olan xeyrəçilik məktəbi yenidən dirçəldi və yaşadıldı. Fond irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub.
Fondun xeyriyyəçilik ənənələri təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır, dünyanın bir çox ölkələrini də əhatə edir. Buna onlarla misal çəkmək olar.


Fond İtaliya və Müqəddəs Taxt-Tacda İslam və Katolik mədəniyyətləri arasında əməkdaşlıq üçün çox işlər görüb. Fond tərəfindən Vatikan Apostol Kitabxanasında, Müqəddəs Marçellino və Pyetro və Müqəddəs Sebastian katakombalarında aparılmış bərpa işləri Avropada danışılan peojelər sırasına daxildir.
Romanın Villa Borghese parkında Nizami Gəncəvinin heykəlinin ucaldılması, Romanın Kapitolini muzeyinin Folosoflar zalının bərpası kimi önəmli layihələr də xüsusi olaraq vurğulanmalıdır


Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılışı bölgə insanlarının həmişə xatırlayacağı hadisə kimi qeyd edilməlidir.

 





Fond Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayıb. Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub. Buna misal olaraq Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid katedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək olar. Bununla da həmin abidələr məhz Azərbaycanın səyləri nəticəsində yenidən dünya mədəni xəzinəsinə daxil olub. Ona görə də ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricdə, həmçinin Fransada hər zaman rəğbətlə qarşılanıb.


Həmçinin, İkinci Dünya Müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpası Fondun ən mühüm nailiyyətlərindən biri hesab edilir.

 

Bütün bunlarla yanaşı, dünyanın müxtəlif ölkələrində baş verən böhran və təbii fəlakətlərin qurbanları da Mehriban xanımın diqqətindən kənarda qalmayıb. Onlara yardım əlini uzadan Azərbaycanın birinci xanımının təşəbbüsü və səyləri nəticəsində təbii fəlakətlərdən əziyyət çəkmiş Rumıniya və Haitiyə yardımlar göstərilib, Pakistanda zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbi yenidən inşa edilib, bu ölkədə çoxsaylı inkişaf proqram və layihələri həyata keçirilib.

Heydər Əliyev Fondu Parisdə keçirilmiş terror qurbanlarının 7-ci beynəlxalq konfransının təşkili məqsədilə 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərib.






Göstərdiyi səylərə görə Mehriban xanım Əliyeva bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Fransa “Şərəf Legionu Ordeni”, Pakistanın “Hilal-e Pakistan” ali ordeni, Serbiya dövlət mükafatı, Macarıstan dövlət mükafatı, Rusiya beynəlxalq xeyriyyə təşkilatının “Yaqut xaç” mükafatı, Ümumdünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin fərqlənmə ordeni, beynəlxalq “Qızıl Ürək” fəxri nişanı, Polşa ali fərqlənmə ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Kanadanın “Dünyanın Qızılgülü” mükafatı, Küveytin fəxri diplomu və s. kimi müxtəlif yüksək orden və medallarla təltif olunub.

Heç şübhəsiz ki, qeyd olunanlar, eyni zamanda Mehriban Əliyevanın malik olduğu yüksək insani keyfiyyətlər, beynəlxalq humanitar yardım missiyalarına verdiyi töhfələr istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda birinci xanımın yüksək imicinin formalaşmasına böyük təsir edib.


Təsadüfi deyil ki, bütün bunları nəzərə alan ərəb mətbuatı Mehriban Əliyevanı “Milli əməyin rəmzi və Azərbaycan xalqının qəlbində taclanmış xanım” kimi xarakterizə edib.

Mehriban Əliyevanın fəaliyyəti daim beynəlxalq mətbuatın diqqətində olub. Mehriban Əliyevaya verilən yüksək adlar, Onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar Heydər Əliyev Fondunun beynəlxalq aləmdə nə qədər nüfuza malik olduğunu göstərən faktlardır.

Mehriban Əliyeva özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və dünyada məxsusi dəyərlərini ortaya qoyaraq, öz həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz bir obraz həkk edir.



Heç şübhəsiz ki, Azərbaycanın çiçəklənməsinin və beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Mehriban xanım Əliyevanın gələcək fəaliyyətinin əsasında daha geniş planlar və layihələrin həyata keçirilməsi dayanır.

2017-ci ildən həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva ona böyük sevgi, fəxr və qürur, hörmət və ehtiram, razılıq və nikbinlik hissi bəsləyən xalq tərəfindən sevilir...

İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan insanlara diqqət Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun başlıca humanizm prinsipləridir. Bu yolda hələ çox uğurlu nailiyyətlərə imza atılacaq...



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08