Arxiv
11 May 2019, 12:54 | ÖLKƏ
Bu il hansı müxalifət partiyaları qurultay keçirəcək? - SORĞU

Son zamanlar ölkənin siyasi meydanında durğunluq müşahidə edilir. Siyasi partiyaların bəyanatlarını, konfranslarını, tədbirlərini az-az müşahidə etməyə başlamışıq. Bu il hansı partiyaların qurultay keçirəcəyi ilə bağlı da məlumatlar hələlik yoxdur.

 

Modern.az olaraq, bu barədə məlumat almaq üçün partiyaların özləri ilə əlaqə saxladıq.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü, partiya funksioneri Əli Orucov yaxın vaxtlarda qurultayın nəzərdə tutulmadığını söyləyib:

“Partiyanın qurultayının keçirilməsi ilə bağlı məsələlər partiyanın Siyasi və Mərkəzi Şuralarının səlahiyyətindədir. Qurultayın keçirilməsi üçün Partiya Mərkəzi Şurası çağırılmalıdır. Buna müvafiq olaraq, Mərkəzi Şura da qurultayı çağırır. Yəni nizamnamədən irəli gələn məqamlar bunlardır.

Ümumilikdə hazırlıq işləri, demək olar, tamamlanıb, qurultay nümayəndələrinin tərkibi müəyyənləşib, seçkilər keçirilib. Texniki məsələləri həll etmək isə hələlik qalır. Bütün bunlar yekunlaşdıqda bu il ərazində qurultayımızı keçirməyə nail ola biləcəyik.

Biz bir qədər yer problemi üzləşdik. Azərbaycanda müxalif partiyalarının öz tədbirlərini keçirməsi üçün yer kirayələməsi, dövlətdən dəstək alması müşkülə çevrilib. Ümid edirəm ki, bu problemin də öhdəsindən gələ biləcəyik”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə partiya qurultaylarının nizamnaməyə uyğun olaraq, 2 ildən bir keçirildiyini xatırladıb:

“Ötən qurultayınızı prezident seçkiləri ərəfəsində keçirmişik. Düşünürəm ki, gələn il sentyabr-oktyabr aylarında vaxtında qurultayımızı keçirə biləcəyik. Hələlik rayon təşkilatlarında toplantılar keçirilir. Bəri başdan danışıqlar aparırıq ki, xarici səfirlərin, Avropa İttifaqı nümayəndələrinin, digər dövlətlərin rəsmilərinin iştirakını təmin edək. Mən əminəm ki, qurultay yüksək səviyyədə olacaq”.

 

Ümid Partiyasının sədr müavini Taleh Əliyev qeyd edib ki, partiyanın qurultayı mayın 28-də keçiriləcək:

“Ötən gün Ümid Partiyasının növbəti qurultayına hazırlıq görən təşkilat komitəsinin növbəti konfransı keçirildi. Konfransda qurultaya hazırlıqla bağlı məsələlər müzakirə edildi. Qurultaya hazırlıq, üzvlərin qatılması, texniki-təchizat məsələlərinin həlli qənaətbəxş hesab edildi. Qurultaya medianın, siyasi partiyaların, diplomatik korpusların dəvət olunması ilə bağlı da fikir mübadiləsi aparıldı. Bundan sonra partiya sədrinin yanında yekun qərar qəbul edilərək, dəvətlilərin siyahısı müəyyənləşdiriləcək. May ayının 28-də partiyanın qurultayı baş tutacaqdır”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP)  sədr müavini Xəzər Teyyublu isə vurğulayıb ki, hələlik partiyanın yerlərdə olan təşkilatlarında konfranslar keçirilir:

“Hazırlıq üçün rayon şöbələrində hesabat seçki konfransları başa çatmayıb. Bütün bunlar yekunlaşandan sonra partiyanın ali orqanı yəqin ki, bu haqda qərar verər, qurultay keçirilər”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı bildirib ki, yaxın vaxtlarda partiyanın qurultayının keçirilməsi ilə bağlı qərar olacaq:

“Hələlik hazırlıq işləri davam etdirilir və dəqiq tarix məlum deyil”.

 

Azərbaycan Demokrat Partiyasının Sərdar Cəlaloğlunun sözlərinə görə, yaxın vaxtlarda partiyanın qurultayını keçirməyi planlaşdırılmır:

“Biz onsuzda nəzərdə tutulandan iki dəfə çox qurultay keçirmişik. Hələlik qurultaya ehtiyac duymuruq”.

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə partiya qurultayının tarixinin dəqiqləşmədiyini söyləyib:

“Hazırlıq işləri hələlik tamamlanmayıb. Amma mayın sonuna qədər 50-ə yaxın rayon təşkilatında konfransın keçirilməsi planlaşdırılır. Artıq bu zaman partiya qurultayının dəqiq vaxtını təyin edə biləcəyik”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
 Ədliyyə Nazirliyi 5 ayda 48 min doğumu qeydə alıb 2 İyun 2020, 15:13 Rəşid Behbudovun ifa etdiyi daha bir mahnı oğurlandı 2 İyun 2020, 15:08 Koronavirusa yoluxan qadının əri həkimə və polisə yaba ilə hücum etdi 2 İyun 2020, 15:04 “Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil” - Samir Şərifov AÇIQLADI 2 İyun 2020, 14:58 Bu ölkədə koronavirusa yoluxan bütün azərbaycanlılar SAĞALDI 2 İyun 2020, 14:52 Jalə Əliyeva parlamentdə seçicilərin müraciətlərini səsləndirib 2 İyun 2020, 14:46 Maliyyə naziri: Azərbaycanın builki büdcəsinin problemi yoxdur 2 İyun 2020, 14:43 Neft sektorundan asıllığımızın azaldılması istiqamətində tədbirlər görülür - Nazir 2 İyun 2020, 14:39 ABŞ-ı çalxalayan iğtişaşlar: Trampı seçkilərdə sarsıdıcı məğlubiyyət gözləyir 2 İyun 2020, 14:35 Şura yeni qrant müsabiqəsi elan etdi 2 İyun 2020, 14:30 Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır   2 İyun 2020, 14:25 Teledərslərin sabahkı CƏDVƏLİ 2 İyun 2020, 14:20 Asəf Zeynallının məzarı təmizləndi - Foto 2 İyun 2020, 14:15 Bank sektorunda sağlamlaşma prosesi gedir - Tahir Mirkişili 2 İyun 2020, 14:09 Hökümət üzvləri Milli Məclisə gəldilər - büdcə yenidən müzakirə olunur 2 İyun 2020, 14:03 Arif Məlikovun abidəsi ucaldıldı - FOTO 2 İyun 2020, 13:57 Dünyada daha bir milyarder artdı - FOTO 2 İyun 2020, 13:51 Hansı universitet yay imtahanlarında tələbələrə güzəşt edəcək… 2 İyun 2020, 13:46 İnsanlar koronavirusa niyə inanmırlar? - Həkim: “Millətin yarısı virusa yoluxduqdan sonra...” 2 İyun 2020, 13:40 Fond bağlanan banklara borcu olanlara müraciət etdi 2 İyun 2020, 13:35 Boris Conson Rusiyanı G7-də görmək istəmir 2 İyun 2020, 13:30 BMT Amerika hökumət orqanlarını qınayıb 2 İyun 2020, 13:25 Neftin qiyməti 40 dollara yaxınlaşır 2 İyun 2020, 13:19 Metrodakı davanı polis ARAŞDIRIR - VİDEO 2 İyun 2020, 13:16 Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 2 İyun 2020, 13:10 Nazirlikdən deputatın ittihamlarına CAVAB - Heç bir işçi ixtisar olunmayıb 2 İyun 2020, 13:05 Azərbaycanda 51,9 milyon dollar hərraca çıxarıldı 2 İyun 2020, 13:00 Afrikada koronavirusa yoluxanların sayı 150 mini keçdi 2 İyun 2020, 12:55 Maduro İrana gedir 2 İyun 2020, 12:50 Azərbaycanda şirkət rəhbərinə cinayət işi açıldı 2 İyun 2020, 12:45 Sabahın hava PROQNOZU 2 İyun 2020, 12:40 Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək 2 İyun 2020, 12:35 Qarabağda daha 3 erməni koronavirusa yoluxub 2 İyun 2020, 12:30 Deputat uşaq evlərini tənqid etdi 2 İyun 2020, 12:26 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 2 İyun 2020, 12:25