Arxiv
14 May 2019, 12:51 | İQTİSADİYYAT
Nazir: “Minimum pensiyalar 40 faiz, sosial müavinət və təqaüdlər 100 faiz artırılıb”

Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu öz işinə başlayıb. Üç gün davam edəcək Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.


Modern.az-ın məlumatına görə, Forumun açılışında Baş nazirin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini, sosial müdafiə sisteminin gücləndirilməsi və müasir, şəffaf iş üsulları üzərində qurulması istiqamətində mühüm addımlar atıldığını deyib.


Ə.Əhmədov aparılan islahatlarda Avropanın müvafiq təşkilatları, Avropa ölkələri ilə əməkdaşlığa, fəal təcrübə mübadilələrinə xüsusi önəm verildiyini bildirib. O, növbəti Avropa Regional Sosial Təminat Forumunun Azərbaycanda keçirilməsi qərarına görə BSTA-ya minnətdarlıq ifadə edib, ötən dövrdə mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanda bu Forumun da yüksək səviyyədə təşkil olunduğunu deyib.


BSTA-nın Prezidenti Yoakim Bröyer bu gün Avropa ölkələrinin sosial təminat sistemlərində idarəçilik mexanizmlərinin əsas çağırışlara uyğun təkmilləşdirilərək mükəmməl şəkildə qurulması, problemlərin həll olunması üçün aparılan islahatlarda qarşılıqlı əməkdaşlıq mühitinin, qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, hazırkı Forumun da bu məqsədə xidmət etdiyini və Avropa məkanının sosial təminat sistemlərindəki aktual məsələlərə innovativ yanaşmaların təqdim edilməsi və bölüşülməsi üçün əlverişli imkan yaratdığını deyib. Y.Bröyer Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətləri, sosial sahədə innovativ yenilikləri maraqla izlədiklərini bildirib. BSTA Prezidenti ölkəmizin bu Foruma layiqli şəkildə ev sahibliyi  etməsindən razılıq ifadə edib, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev artıq 15 ildir ki, BSTA ilə səmərəli əməkdaşlıq həyata keçirən ölkəmizin ötən dövrdə bu Təşkilatın bir sıra tədbirlərinə ev sahibliyi etdiyini deyib. O bu dəfə BSTA-nın Avropa Regional Sosial Təminat Forumu kimi yüksək səviyyəli mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin fəxr hissi doğurduğunu  bildirib.  Nazir Avropa məkanında sosial təminatın inkişafına, gələcək  sosial təhlükəsizliyin formalaşmasına nail olunması üçün birgə müzakirələrin və təcrübə mübadilələrinin aparılması baxımından Forumun əhəmiyyətini qeyd edib.  


S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial inkişaf kursuna uyğun olaraq, ölkədə dinamik iqtisadi inkişafın təmin edilməsi şəraitində əldə edilən sosial uğurları, həmçinin son aylarda həyata keçirilən mühüm islahatları, atılan əhəmiyyətli addımları diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) konsepsiyasını qeyd edib.  Azərbaycanın sosial sahədə özünəməxsus yeni innovativ təcrübəsi - yeni yaradılan DOST Agentliyi və ilk “DOST” mərkəzi, 126 növdə sosial yönümlü xidmətin “bir pəncərə”dən, tam şəffaf və operativ, nəzakətlilik və son nəticədə vətəndaş məmnunluğuna nail olunması prinsipi ilə təqdim edilməsinə imkan verən “DOST” mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün işlərin aparıldığını diqqətə çatdırıb.


Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində 18 altsistemin yaradıldığını deyən S.Babayev “E-sosial” internet portalı, “Məşğulluq” altsistemi, cari ilin əvvəlindən ölkədə ilk proaktiv xidmət kimi tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi haqqında məlumat verib. Artıq  on min nəfərə elektron qaydada pensiya təyin olunduğunu, bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramının artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verdiyini deyib.


Nazir bu ilin ötən dövründə minimum pensiyaların və minimum əmək haqqının 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını qeyd edib. Şəhid ailələrinə qayğının artırılması, onların birdəfəlik ödənişlə təminatı, qaçqın və məcburi köçkünlərin müavinətlərinin, tələbələrin təqaüdlərinin artırılması, devalvasiyanın təsirlərinin aradan qaldırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli sahəsində atılan əhəmiyyətli addımları diqqətə çatdırıb. O, təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paketin 3 milyon insanın rifahına ciddi dəstək olduğunu bildirib.


S.Babayev sosial təminat sistemi qarşısında dayanan çağırışlara uyğun islahatların davam etdirildiyini, pensiya sisteminin yeni inkişaf konsepsiyasının hazırlandığını, eləcə də sosial müavinət və əliliyin qiymətləndirilməsi, reabilitasiya, əmək müfəttişliyi  sistemlərinin, məşğulluq xidmətlərinin  təkmilləşdirilməsi sahələrində aparılan islahatları, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindəki artım tempini qeyd edib. Nazir, həmçinin əlilliyi olan şəxslərin sosial müdafiəsi işlərindən bəhs edib, mütərəqqi beynəlxalq yanaşmalar da nəzərə alınmaqla  “Əlilliyi olan şəxslərin hüquqları haqqında“ yeni qanunun qəbul edildiyini diqqətə çatdırıb. Şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin minik avtomobili ilə təminatı proqramının idən-ilə dəfələrlə genişləndirildiyini bildirib.


O, Forumun əməkdaşlıq əlaqələrinin inkişafına da töhfə verəcəyini deyib, tədbirin işinə uğurlar arzulayıb.


Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimlinin moderatorluğu ilə Azərbaycanın sosial müdafiə sisteminə, bu sahədə aparılan islahatlara dair panel iclas keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, nazirliyin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev tərəfindən təqdimatlar edilib.


Sonra mətbuat konfransı keçirilib.


“Avropada sosial təminat sahəsində əsas çağırışlar” mövzusunda BSTA-nın Baş Katibi Marselo Abi-Ramia Kaetanonun çıxışı (Avropada sosial təminat sahəsində 10 əsas çağırış) və onun moderatorluğu ilə müvafiq mövzuda panel iclasının keçirilməsi ilə davam edib.


 Forumun növbəti iki gün üçün gündəliyinə “Sosial təminatın idarə olunmasında mükəmməllik və yenilik” və “Avropanın sosial təminat sahəsində gələcəyinin qurulması” mövzularında plenar iclasların və paralel sessiyaların keçirilməsi daxildir.


BSTA Beynəlxalq Əmək Təşkilatının himayəsi altında 1927-ci ildə yaradılıb və əsas məqsədi sosial təminat sahəsində qabaqcıl standartları inkişaf etdirmək və təşviq etmək, bu sahədə beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Mənzil-qərargahı Cenevrə şəhərində yerləşən Təşkilat dünyanın Azərbaycan da daxil olmaqla 158 dövlətinin sosial təminat sahəsi üzrə fəaliyyət göstərən 330 qurumunu ətrafında birləşdirir.



Jalə Mehdiyeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi 16 İyul 2019, 10:04 Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29 Qorxulu xəstəlik 450 can aldı 15 İyul 2019, 20:13 Gürcüstanda azərbaycanlı ailənin evində yanğınsöndürən öldü 15 İyul 2019, 20:03 9 manata görə 8 il 3 ay həbs olundu 15 İyul 2019, 20:00 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə anlaşdı - FOTO 15 İyul 2019, 19:54 Rəsədxanada “Kosmos yay festivalı” təşkil edilib - FOTO   15 İyul 2019, 19:45 Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir - Bakı Metropoliteni 15 İyul 2019, 19:36 78 yaşında universitetə sənəd verdi   15 İyul 2019, 19:27