Arxiv
14 May 2019, 15:28 | MƏDƏNİYYƏT
Onkoloji xəstələr oruc tuta bilərmi?

Günay Əhmədova
cərrah-onkoloq,
tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası
[email protected]


Müqəddəs Ramazan ayını yaşayırıq. Bütün müsəlman aləmində olduğu kimi, Azərbaycanda da orucluq başlayıb və insanlar oruc tuturlar. Bəs, kimlər oruc tuta bilməz? Onkoloji xəstələr oruc tuta bilərmi? Bu yazımızdan məqsəd hər Ramazanda aktual olan həmin suallara aydınlıq gətirməkdir.

Dini məqsədlə, yaxud orqanizmi toksik maddələrdən təmizləmək üçün (detoks) bir gündən başlayaraq bir aya qədər müddətdə günün müəyyən vaxtlarında heç nə yeyib-içməmək insanlığa məlum olan köhnə ayindir. Müxtəlif zamanlarda və müxtəlif yerlərdə elə bu fikirdən yola çıxaraq, onkoloji  xəstəlikləri ac qalmaq yolu ilə müalicə etmək fikrinə düşənlər də olub. Son dərəcə amansız və qəliz xəstəlik olan xərçəngin qarşısını almaq, bu yolla onu müalicə etmək isə müşkül məsələdir. Çünki orqanizmi qida maddələrindən məhrum etməklə xərçəng hüceyrələrinin qidalanmasının və inkişafının qarşını almaq təcrübəsi indiyə qədər özünü doğrultmayıb.

Əlbəttə, məsələnin mənəvi tərəfi də var. Xəstənin inamını artırmaqla düçar olduğu xəstəliyə və o xəstəliyin yaratdığı problemlərə qarşı mübarizə əzmini də artırmaq olur. Amma müasir tibbdə xərçəngin müalicəsinə uzunmüddətli aclığın köməyini isbatlayan dəlil hələ ki əlimizdə yoxdur. Çünki xərçəng hüceyrəsi özünə lazım olan maddələri orqanizmdən təmin etməyi bacarır və bu, həmin xəstəni daha da zəiflədir. Hətta aclıq və susuzluq əsnasında orqanizmdə meydana gələn bəzi dəyişikliklər xərçəng xəstəsinə ciddi təhlükə yarada bilər. Bir sözlə, ciddi xəstəliyi olanların, xüsusilə xərçəng xəstələrinin müalicə aldıqları dövrdə zəifləmiş orqanizmlərini orucla daha da zəiflətməsi düzgün yanaşma deyil.

         
Oruc tutarkən qidalanma və yuxu rejimində baş verən dəyişikliklərlə əlaqədar orqanizmin balansı pozulur. Buna tibbdə homeostaz deyilir. Ona görə də yenicə cərrahiyə əməliyyatı olunmuş, aktiv kimyəvi dərman müalicəsi (kimyaterapiya) alan, yaxud şüa müalicəsi (radioterapiya) qəbul edən xəstələrə oruc tutmaq tövsiyə edilmir! Çünki həmin müalicələrin təsirindən xəstədə ürəkbulanma, qusma, halsızlıq, iştahsızlıq, ağrı, ishal, yaxud qəbzlik kimi hallar meydana gəlir. Nəticədə xəstənin kalori qəbulunda azalma baş verir. Bütün bunlarla yanaşı üstəlik də oruc tutanda xəstə lap zəifləyir, müqavimət qabiliyyəti azalır.


Onu da unutmayaq ki, müalicə müddətində xəstəyə bir çox yöndən təsir edən dərmanlar orqanizmdən qaraciyər və böyrəklər vasitəsilə xaric olunur. Əgər xəstə su içməsə həmin o kimyəvi dərmanların parçalanması nəticəsində əmələ gələn maddələr orqanizmdə qalır və qovula bilmir. Həmçinin xərçəngin özü bir çox xəstələrdə qanın qatılaşmasına meyl yaradır. Oruc tutan zaman maye itkisi ilə əlaqədar olaraq qanda laxtalanma daha da artaraq ag ciyərin tromemboliyası kimi ağır nəticələr yarada bilər. Ona görə də kimyaterapiya alan xəstələr həm müalicənin davam etdiyi müddətdə, həm də müalicənin yan təsirlərindən qorunmaq üçün maye və qida qəbuluna ciddi diqqət yetirməlidirlər. Sağalma prosesində qidalanma vacib əhəmiyyət daşıyır.


Məsələyə dini nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, islam dini özü də buna yol vermir, yəni xəstə insanların oruc tutmasını məqbul saymır.  İslamda ağır xəstəliyi olanların, səyahət edənlərin, menstrual dövrdə olan və ya uşaq əmizdirən qadınların, azyaşlı uşaqların oruc tutması düzgün sayılmır.


Oruc tutmağa çox istəkli olan xəstələr, yadda saxlayın ki, ümumi vəziyyətiniz yaxşıdırsa, müalicəniz tamamlanıbsa oruca başlamazdan əvvəl həkiminizlə məsləhətləşib onun razılığını alandan sonra, ancaq və ancaq  həkim nəzarəti altında oruc tuta bilərsiniz. Kor-koranə oruc tutaraq sağlamlığınızdan olmayın.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AQTA İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı hərəkətə keçdi   19 Sentyabr 2019, 14:58 Ağdaş sakinindən ov tüfəngi götürüldü 19 Sentyabr 2019, 14:56 Gürcüstanda 80 Azərbaycandilli, 117 ermənidilli məktəb fəaliyyət göstərir 19 Sentyabr 2019, 14:47 İqdırda Mübariz İbrahimov zirvəsinə yürüşdən qayıdan jurnalist: “Möhtəşəm aksiya oldu!” 19 Sentyabr 2019, 14:27 Sabirabadda qarayarayara tutulanlardan təzə XƏBƏR VAR 19 Sentyabr 2019, 14:20 İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR 19 Sentyabr 2019, 14:07 Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək 19 Sentyabr 2019, 13:59 Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF 19 Sentyabr 2019, 13:58 İnstitut direktoruna ağır itki üz verib 19 Sentyabr 2019, 13:57 Polis cibgir qadını saxladı 19 Sentyabr 2019, 13:56 Putin Paşinyanın görüş təklifini rədd etdi 19 Sentyabr 2019, 13:52 Yasamalda ağac kəsildi - Nazirlik hərəkətə keçdi 19 Sentyabr 2019, 13:50 Hüseyn Abdullayevə cəza istənildi - təcili yardım çağırıldı 19 Sentyabr 2019, 13:45 “O, harda olubsa, orada canlanma baş verib” - Deputatlar Cavid Qurbanov haqda DANIŞDILAR 19 Sentyabr 2019, 13:27 Sabah 34 dərəcə isti olacaq - PROQNOZ 19 Sentyabr 2019, 13:11 Pərviz Şahbazov: “Azərbaycanda elektrik enerjisinin 92 faizi təbii qazdan əldə edilir” 19 Sentyabr 2019, 13:11 Əsgər xəstəlikdən vəfat edib, şəhid olmayıb - İcra Hakimiyyətindən AÇIQLAMA 19 Sentyabr 2019, 13:01 Nazir neftin qiymətinə təsir edən amillərdən DANIŞDI 19 Sentyabr 2019, 12:57 Pərviz Şahbazov: “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası layihəsi hazırda işlənir” 19 Sentyabr 2019, 12:55 Azərbaycanın “Əsrin müqaviləsi”ndən əldə etdiyi qazanc AÇIQLANIB 19 Sentyabr 2019, 12:49 İmişlidə qadın və oğlu özlərini çaya atmaq istəyib 19 Sentyabr 2019, 12:45 Azərbaycanda nəsli tükənməkdə olan nadir heyvanlar - ADLAR 19 Sentyabr 2019, 12:40 Bakıda gəlin qayınanasını ÖLDÜRÜB 19 Sentyabr 2019, 12:17 “Pensiya artımı parlamentin təqaüd yaşlı deputatlarına aid deyil” - Hadi Rəcəbli 19 Sentyabr 2019, 11:58 Rumıniyada erməni dili ilə bağlı qanun qəbul olundu 19 Sentyabr 2019, 11:53 Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasında 19 Sentyabr 2019, 11:50 220 kV-luq yarımstansiyalar yenidən qurulur - VİDEO 19 Sentyabr 2019, 11:42 Nazir müavini: “Sərhədlərlə bağlı komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək” 19 Sentyabr 2019, 11:38 Türkiyədə qatar QƏZASI: İki ölü - FOTO 19 Sentyabr 2019, 11:30 Xələf Xələfov: “Azərbaycan hər bir Xəzəryanı ölkə ilə sıx əməkdaşlıq edir” 19 Sentyabr 2019, 11:22 Ədalət Muradov: “Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır” 19 Sentyabr 2019, 11:19 Qubada evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutuldu   19 Sentyabr 2019, 11:09 Zakir Həsənov təlimlərlə bağlı müşavirə keçirib - VİDEO 19 Sentyabr 2019, 10:51 Azərbaycandakı milyarder və milyonçular... 19 Sentyabr 2019, 10:43 İcra başçısından yerli məmurlara tapşırıq: kobudluğa, yekəxanalığa yol verməyin! 19 Sentyabr 2019, 10:39