Modern.az

““Sapı özümüzdən olan balta”lar Dünya Kulinariya Təşkilatına məktub yazaraq, məni aşağılayıblar” - Baş kulinar

““Sapı özümüzdən olan balta”lar Dünya Kulinariya Təşkilatına məktub yazaraq, məni aşağılayıblar” - Baş kulinar

16 May 2019, 11:02

“Haqqımda yayılan məlumatlar tamamilə reallıqdır”.


Bunu Modern.az-a Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri - ölkəmizin baş kulinarı, Dünya Kulinariya Assosiasiyasının nüfuzlu üzvü Tahir Əmiraslanov söyləyib. Baş kulinarın haqqında danışdığı yazı isə ötən gün Modern.az-da dərc edilən “Tahir Əmiraslanova qarşı xəyanət!” başlıqlı məqalədir.


Tahir Əmiraslanov söyləyib ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edib:

“Xəyanətin detalları haqqında qısa məlumat verə bilməyəcəyəm. Amma bununla bağlı faktlarımız, sənədlər, səs materialları  var. Həmin faktlar məhkəməyə də təqdim edilib. Mediadan xahiş edirəm, tək mənim sözlərimi deyil, faktları da dərc etməyə maraqlı olsunlar. Mən bu faktları jurnalistlərlə bölüşə bilərəm”.

Tahir Əmiraslanov deyib ki, sözügedən “sapı özümüzdən olan balta”lar Dünya Kulinariya Təşkilatına məktub yazaraq, onu və komandasını aşağılayıblar:

“Yenə qeyd edirəm, saytlarda yayılan məlumat tamamilə doğrudur”.


Xatırladaq ki, saytımızda dərc olunan yazıda bildirilib:

“Vaxtilə Tahir müəllimin yan-yörəsində, həndəvərində hərlənən, onun əliylə çörəyə çatmış bəziləri - "sapı özümüzdən olan baltalar" gizli yolla ermənilərlə əlaqə quraraq, onların Dünya Kulinariya Assosiasiyasına yol açmalarına xəyanətkarcasına vasitəçilik etməkdədirlər. İndi həmin daxili düşmənlərimizə arxalanan xarici düşmənlərimiz - erməni daşnakları orda-burda bəyanatlar yayırlar ki, Tahir Əmiraslanovu o beynəlxalq təşkilatda nüfuzdan saldıqdan, neytrallaşdırdıqdan və yaxın zamanlarda Ermənistan ora üzv olduqdan sonra bütün qədim Azərbaycan xörəklərinin ermənilərin milli xörəkləri olduğunu sübut edəcək, Azərbaycan üzərində daha bir mənəvi qələbəyə nail olacaqlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir