Modern.az

Çingiz Qənizadə seçicilərlə problemləri müzakirə etdi  

Çingiz Qənizadə seçicilərlə problemləri müzakirə etdi  

16 May 2019, 12:44

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan Beyləqanın Bünyadlı  kəndində seçiciləri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, deputat Bünyadlı kəndində seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb.

 

Çingiz Qənizadə ilə görüş zamanı kənd sakinləri elektrik kabellərinin köhnə olması ilə bağlı təkliflərini səsləndiriblər.  Həmçinin sakinlər  kənddaxili cəmi  7-8 km  olan kənd yollarının bərbad vəziyyətdə olması ilə bağlı deputatdan məsələnin aidiyyatı qurumların qarşısında qaldırılmasını xahiş ediblər.

Eyni zamanda, cənab prezidentin siyasətinə uyğun olaraq kənd yollarının asfaltlaşdırılması ilə bağlı layihələrə salınmasını dilə gətiriblər.

Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi  problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.

Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər