Modern.az

Litvanın Briştonas şəhərinin nümayəndələri Goranboyda olub  

Litvanın Briştonas şəhərinin nümayəndələri Goranboyda olub  

16 May 2019, 13:13

15 may 2019-cu il  tarixdə Litva respublikasının Briştonas şəhərinin nümayəndə heyəti Goranboy rayonunda   olublar.  Səfərdə Litva Respublikasının Briştonas şəhərinin vitse meri Vyats Kederys, meriyanın icraçı direktoru Valentinas Vincas, meriyanın deputatı Kristina Justinaviçiene, Briştonas istilik sistemi kompanyasının direktoru Gintaras Verseckas iştirak ediblər.

Modern.az xəbər verir ki, qonaqlar Goranboy rayon  İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüb. Görüşdə  İcra başçısı Litvalı qonaqlara Goranboyun tarixi, coğrafiyası, turizmi, sosial-iqtisadi, ictimai-siyasi həyatı barədə ətraflı məlumat verdi. Sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi və Tarix muzeyi ilə yaxından tanış oldular.


 Daha  sonra  proqrama uyğun olaraq Goranboy rayonunun turizm zonası olan Aşağı Ağcakənd qəsəbəsində ekskursiya etdilər. Sonda Briştonaslı qonaqlar onları   yüksək səviyyədə qarşılanmalarına görə minnətdarlığını bildirdilər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi