Arxiv
16 May 2019, 16:11 | AKTUAL
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda təşkil edilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində Avropa Regional Sosial Təminat Sammiti keçirilib.

BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetanonun moderatorluğu ilə baş tutan Sammitdə Beynəlxalq Əmək Təşkilatının Sosial müdafiə departamentinin müdir müavini Valeri Şmit məruzə ilə çıxış edib.  

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanın sosial təminat sisteminin inkişaf etdirilməsi və qarşıya çıxan çağırışlara uyğun olaraq təkmilləşdirilməsi üçün müəyyən edilən prioritetlər, atılan addımlar barədə məlumat verib. O, iştirakçıların suallarını cavablandırarkən, şəffaflığın, sosial ədalətin və sosial xidmətlərdə hesabatlılığın təmin edilməsinin sosial müdafiə və idarəetmənin etibarlı əsaslara istinad etməsi və bu sistemə inamlı yanaşma üçün vacib olduğunu qeyd edib. Bunun effektiv tənzimləyici qanunvericilik çərçivəsi və institutlar, ixtisaslı işçi heyəti və təkmil texnologiyalar sayəsində əldə edilə biləcəyini deyib. Nazir bu mənada Azərbaycanda sosial qanunvericiliyin təkmilləşdirilməsi işlərini, yeni qanunların qəbul olunduğunu diqqətə çatdırıb. Habelə yeni yaradılan qurumların, xüsusilə DOST Agentliyinin bu istiqamətdə xüsusi önəmini qeyd edib.  

S.Babayev həmçinin müvafiq fəaliyyət sahələrində elektron texnologiyaların tətbiqi və e-xidmətlərin, eyni zamanda, proaktiv xidmətlərin əhatə dairəsinin  genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Milli sosial müdafiə sistemlərində bu sahədə aparılan işləri diqqətə çatdırıb.

Panel iclasında Rusiya Federasiyası Əmək və Sosial Müdafiə nazirinin müavini Andrey Pudov, BSTA-nın Prezidenti Yoakim Bröyer, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş iqtisadçısı Stijn Broek, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası Direktorunun müşaviri Ermek Kuanışev region ölkələrində sosial təminat sistemləri qarşısında mühüm çağırışlar və aktual vəzifələr barədə yanaşmalarını qeyd edib, sualları cavablandırıblar.

İclasda sosial rifah üçün vacib element olan sosial təminatda inkişaf və təkmilləşmənin davamlı olmasının, bu sahədə qarşıya çıxan çağırışlara uyğun ardıcıl strategiyaların hazırlanması və reallaşdırılmasının önəmi qeyd edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlqar Məmmədov polisə çağırıldı 22 May 2019, 17:53 Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30 İsgəndər Həmidov həbs oluna bilər - Müalicə adıyla ölkədən qaçıb? 22 May 2019, 17:23 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 22 May 2019, 17:09 Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 22 May 2019, 17:03 “Vətən uzaqda deyil” - Konsert olacaq   22 May 2019, 16:51 BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq” 22 May 2019, 16:50 Azərbaycandan 40-dan çox nümayəndə Qazaxıstandakı prezident seçkisini müşahidə edəcək 22 May 2019, 16:49 Paşinyan Qarabağın itirilməsinə görə məsuliyyəti boynundan atmaq istəyir 22 May 2019, 16:47 Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq 22 May 2019, 16:46 Nazirlik: Köhnə avtomobillərin idxalı məhdudlaşdırıla bilər 22 May 2019, 16:38 Gəncədə konfrans - “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri”    22 May 2019, 16:30 Ceyrançöl və Küdrüdə zərəvericilərlə mübarizə aparılır   22 May 2019, 16:16 Daha 5 kəndə içməli su veriləcək 22 May 2019, 16:13 Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR 22 May 2019, 16:10 “UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev   22 May 2019, 16:09 Məhkumluğun mübarək, Aslan İsmayılov! - İş adamı SOCAR-ı da məsələyə QATDI 22 May 2019, 16:07 Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ 22 May 2019, 16:05 Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu 22 May 2019, 15:52 “Güclü haqlıdır” siyasəti gerçəkləşməyəcək 22 May 2019, 15:49 Rada Zelenskinin təkliflərini rədd etdi 22 May 2019, 15:49 Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi 22 May 2019, 15:41 “Made in Azerbaijan 2019”un qalibləri müəyyənləşdi   22 May 2019, 15:36 Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı 22 May 2019, 15:25 Azərbaycana 8 baş bizon gətirilib 22 May 2019, 15:24 Sosial müavinət və təqaüdlərin artımı 600 minə nəfərə təsir edib 22 May 2019, 15:17 Ukraynanın yeni prezidenti kadr təyinatlarına başladı 22 May 2019, 15:15 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 22 May 2019, 15:13 Vergilər Nazirliyinin əməkdaşlarına cinayət işi açıldı - SİYAHI 22 May 2019, 15:12 Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı 22 May 2019, 15:01 Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi 22 May 2019, 14:52 Ötən həftə 143 əcnəbi saxlanılıb 22 May 2019, 14:35 Küçələrin sovetdənqalma adları dəyişdirilmir - Deputat laqeydliyin nəticəsi sayır 22 May 2019, 14:13