Modern.az

YAP-ın Beyləqan rayon təşkilatında sədr və müavinlər seçildi

YAP-ın Beyləqan rayon təşkilatında sədr və müavinlər seçildi

Aktual

16 May 2019, 16:00

Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Sonra YAP Beyləqan rayon təşkilatının sədri Rafael Pəsiyev çıxış edərək partiyamızın cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Konfransının gündəliyində aşağıdakı məsələlər durur.

 

Daha sonra YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elgün Quliyev hesabat məruzəsi ilə çıxış edib.

 

Tədbir iştirakçılarından Yeganə Məmmədova, Yafəs Hüseynli, Ruhiyyə Əliyeva, Eyruz Pəsiyev çıxış edərək təşkilatın hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.

 

Sonra təşkilati məsələlərə baxılıb. Konfransda Gənclər Birliyinə 15 nəfər Şura, 9 nəfər İdarə heyətinin üzvü seçilib. Rafiz Sədi oğlu İsmayıllı YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin sədri, Elgün Quliyev və Ruhiyyə Əliyeva  sədr müavinləri seçiliblər.

 

Konfransda çıxış edən Milli Məclisin deputatı Rüstəm Xəlilov çağdaş Azərbaycan gəncliyi ilə bağlı fikirlərini səsləndirib.

 

O bildirib ki, hazırki Azərbaycan gəncliyi ölkəmizin tarixində olan ən güclü gənclikdir.

 

“Onlar istər Azərbaycandan kənarda, istərsə də  ölkə daxilində öz gücləri ilə dövlətçiliyimizin qorunmasına xidmət edirlər. Biz cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və daim ölkə başçısına dəstək olmalıyıq. Çünki bizim gənclik Azərbaycanı və dövlətimizi yüksək pillələrə aparacaq gücə qadirdir. Onların ulu öndər Heydər Əliyev siyasəti ətrafında birləşərək cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanımızı daha da inkişafa doğru aparacaqlarından əminəm”.

 

Deputat bildirib ki, son zamanlar sosial şəbəkələrdə dövlətə, dövlətçiliyimizə qarşı olan qüvvələr fəallaşıblar.

 

“Biz bu qüvvələrə qarşı birləşməliyik. Onlar müasir Azərbaycan gəncliyinin dövlətimizin, dövlətçiliyimizin qorunmasında müstəsna xidmətləri olduğunu unudurlar. Sadəcə bəzi qüvvələr hansısa mənbələrdən güc alaraq, öz çirkin əməllərini həyata keçirirlər”.

 

Daha sonra Şahin İsmayılov və Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək YAP Beyləqan rayon təşkilatı Gənclər Birliyinin yeni seçilən heyətini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Sonda konfrans iştirakçıları adından YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır