Arxiv
16 May 2019, 16:59 | AKTUAL
Azercell ADA-nın tələbələri üçün master- klass təşkil etdi  

Ölkəmizin aparıcı universitetləri ilə əməkdaşlıq edən, ali təhsil mərkəzlərinin maddi-texniki bazasının zənginləşdirilməsinə yardım göstərən “Azercell Telekom” MMC mütəmadi olaraq gəncləri maraqlandıran sahələr üzrə master-klasslar keçirir.

 

Modern.az xəbər verir ki, növbəti belə tədbir ADA Universitetinin tələbələri üçün təşkil olunub. Azercell-in Baş Ofisində keçirilən master-klassda  ADA Universitetinin sonuncu kurs tələbələri iştirak edib. Azercell-in İstehlakçı Seqment Biznes Strukturu, “CRM” bölümünün rəhbəri  Emil Əmirov, İstehlakçı Seqment Biznes Strukturu, Biznesin təhlili bölümünün aparıcı mütəxəssisi Zaur Hüseynov və Korporativ Seqment Biznes Strukturu, Məhsul və Xidmətlər bölümünün mütəxəssisi Rüfət Qafarov tələbələrlə görüşərək, məhsulun yaradılması, biznes təhlili və analizi kimi vacib mövzularla bağlı öz zəngin təcrübələrini bölüşüblər.

 

Həmçinin İnsan Qaynaqları departamentinin mütəxəssisləri tərəfindən iştirakçılara gənclərin peşəkar və fərdi fəaliyyətini dəstəkləmək məqsədilə yaradılan yeni "Azercell-Lab"- ödənişli təcrübə proqramının başlanması ilə bağlı məlumat təqdim olunub. Belə ki, Azercell iyul ayının 1-dən etibarən bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclərə "İT-Lab" və "Biznes-Lab" inkubasiya mərkəzləri vasitəsilə peşəkar mühitdə karyera qurmaq imkanları, şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətləri yaradır. Məruzəçilər sonda iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

“Azercell Telekom” MMC təhsilə və gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb. Bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə öz töhfəsini verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxan şəxs Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gədib 27 Fevral 2020, 00:58 Arvadının hədiyyəsi ərini milyonçu etdi 27 Fevral 2020, 00:41 Göyçayda 6 otaqlı ev yandı 27 Fevral 2020, 00:31 Pakistanda da koronavirusa ilk yoluxma qeydə alındı 27 Fevral 2020, 00:12 Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır 26 Fevral 2020, 23:53 Rusiya vətəndaşlarını İran, Koreya və İtaliyaya getməməyə çağırdı 26 Fevral 2020, 23:42 Gürcüstan İranla bütün gediş-gəlişi dayandırıb 26 Fevral 2020, 23:23 Avropa Liqasında ilk 1/8 finalçı məlum olub 26 Fevral 2020, 23:08 Gürcüstanda koronavirus aşkarlandı: Yoluxan İrandan Azərbaycan vasitəsilə qayıdıb 26 Fevral 2020, 22:52 İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45