Arxiv
21 May 2019, 16:27 | TƏHSİL
Sumqayıt Dövlət Universitetində oğlanlara “saqqal qadağası” qoyulub

Sumqayıt Dövlət Universitetində oğlanlara “saqqal qadağası” qoyulub.

Təhsil ocağının adının açıqlanmamsını istəyən tələbələri Modern.az-a bildiriblər ki, saqqalı olan oğlanlar universitetdə dərslərə buraxılmırlar. Hətta buna görə qaib alan tələbələrin artıq şikayətlənməyə başladıqları da söylənilir.

Universitetinin mətbuat katibi Nazxanım Cəlilli Modern.az-a açıqlamasında bildirib ki, bu, daxili nizam-intizam qaydasıdır.


“Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası qoyulması barədə sualınıza cavab olaraq bildirmək istəyirik ki, təhsil ocağımız bu gün təkcə maddi-texniki bazası, yetişdirdiyi mütəxəssislərlə deyil, həm də mükəmməl kadr potensialı ilə nüfuz sahibidir.
Ali təhsil müəssisələrinin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də sözün həqiqi mənasında dövlətinə, millətinə layiqli vətəndaşlar tərbiyə etməkdir. Bu zaman universitetin qarşısına qoyduğu ən böyük vəzifə həm də təlim-tərbiyə işini yerinə yetirməkdir. Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və dəsti-xətti var. Bu gün Sumqayıt Dövlət Universiteti tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani əxlaqa, mədəniyyətə malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır. Bir sözlə, tələbə çalışqan, intizamlı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara əməl etməli, tələbə oğlanların üzü həmişə təraşlı və səliqəli olmalıdır. Ali təhsil müəssisələri gələcəyin ictimai xadimini, müəllimini, həkimini, mühəndisini və s. yetişdirir. Bu səbəbdən də tələbələr geyimi ilə tərbiyəvi örnək təsiri göstərməyə çalışmalı, digər gənclərimizə nümunə olmalıdırlar. Bütün bunlar onların vətənimizin keşiyində duracaq əsgər kimi formalaşmasında da bir məktəbdir”.


Mətbuat katibi deyib ki, bu cür məsələlərin mətbuatda işıqlandırılmasın əleyhinədirlər:

“Ali məktəbimizin tələbələri bütün ezamiyyət xərcləri universitet tərəfindən ödənilməklə xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda fəal iştirak edirlər. Tələbələrimiz “Ən yaxşı məqalə müsabiqəsi”ndə, ali məktəblər arasında keçirilən “Breyn rinq”, “Azərbaycanı tanıyaq”, “Nə, harada, nə zaman?” və “Xəmsə” kimi bilik yarışlarında, “Şən və Hazırcavablar Klubu”nun müsabiqələrində çıxış edir və layiqli yerlər tuturlar. Universitetimizdə həmçinin idman sahəsinə də xüsusi diqqət göstərilir. Burada idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər yaradılıb. İdmançı tələbələrimizin respublika, Avropa, Asiya və Dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz. Biz sizi bu uğurlardan, qazanılmış nailiyyətlərdən yazmağa dəvət edirik. Toxunduğunuz məsələ isə Sumqayıt Dövlət Universitetində yeni bir hadisə deyil, bu ənənə uzun müddətdir davam edir, universitetimizdə təhsil alan tələbə və onların valideynlərinin 90 faizindən çoxu bu məsələdən olduqca məmnundurlar”.


Nuranə Daxilqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türk Birliyi - Xəyaldan gerçəkliyə! 17 Oktyabr 2019, 09:19 Azərbaycanda bu ərzaq malları bahalaşıb - SİYAHI 17 Oktyabr 2019, 09:13 Türk ordusu 673 terrorçunu məhv edib 17 Oktyabr 2019, 09:08 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - IV HİSSƏ 17 Oktyabr 2019, 08:42 Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələr başladı 17 Oktyabr 2019, 08:32 Əli Əliyev “ana müxalifət” olmağa hazırlaşır? - AÇIQLAMA 17 Oktyabr 2019, 08:29 Bakı Dövlət Sirki təzə yerə köçürülür - RƏSMİ 17 Oktyabr 2019, 08:26 Manat günə bu məzənnə ilə başladı 17 Oktyabr 2019, 08:21 Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36