Arxiv
23 May 2019, 09:33 | HADİSƏ
Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR

Bizi hər zaman izləyən və həyatımızın ayrılmaz hissəsi halına gəlmiş müxtəlif hisslərə sahibik. Bunlardan bizə bəlkə də ən çox tanış olanı qorxudur. Yer üzündə elə bir insan yoxdur ki, bu hissə sahib olmasın.

Tanınmış  insanların da müəyyən bir qorxuları, həyatda üzləşdiyi hadisələrdən dolayı təlaş anı mütləq olur. Ona görə, “Tərs sual” rubrikasının budəfəki qonaqlarından elə qorxularını soruşduq.


Beləliklə, Modern.az-da budəfəki tərs sualımız: “Həyatda ən çox nədən qorxmusunuz?”

Başlayaq, Xocalıdan olan deputat Elman Məmmədovdan… E. Məmmədovun sözlərinə görə, müharibənin dəhşətlərini öz gözləri ilə görmüş insan üçün bu suala cavab vermək həm asan, həm də çətindir:


“Mən ən çox ermənilər Xocalıya hücum edəndə, o soyqırımı gecəsi qorxmuşam. İnsanlarımızı Xocalıdan çıxara bilməyəcəyimizdən o qədər qorxmuşdum ki. Bilirdim ki, insanlarımızı ermənilərin əlindən qurtarmaq çətin olacaq”.

Tanınmış yazıçı Seyran Səxavət deyir ki, insan bütün ömrünü qorxa-qorxa yaşayır. O, dostu, doğmanı itirməkdən, Qarabağı qoruya bilməməkdən qorxduğunu dilə gətirib:


“Əgər insan qorxursa, qorxunun növü yoxdur. Ya qorxursan, ya da qorxmursan. Bir qorxunu ayırmaq, daha ön planda düşünmək çox çətindir. İnsan necə ki, ömrünün yarısını yatır, eləcə də ömrünün yarısını qorxur, yarısını da qorxmur. Məsələn, insan nəvəsinin qızdırması qalxanda da qorxur, qəfil ildırım çaxanda da qorxur. İcazə verin, səmimi olaraq, sizin sualınıza qeyri-ciddi baxım. Çünki bu, düşünülməmiş sualdır. Dediyim kimi, qorxunu ayırmaq mümkün deyil”.


Xalq şairi Fikrət Qoca isə ən çox nədən qorxduğunu xatırlamaqda çətinlik çəkdi:

“Əslində yadıma gəlmir ki, ən çox nədən qorxmuşam. Bir onu bilirəm, özümü anlayan gündən mənə aydındır ki, bir gün öləcəyəm. İnsan öləcəyini biləndə pis əməllərdən çəkinir. Nankorluq, əclaflıq etmir, harama əl uzatmır. Ona görə də ölüm qorxusu hər zaman insanın başının üzərində olur. Bir gün öləcəyimi bildiyimdən heç nədən qorxmuram”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə ən qorxduğu məqamı dilə gətirməkdə daha konkret davrandı:


“Mənim ortancıl oğlumun səhhətində problem yaranmışdı. Reanimasiyaya düşmüşdü və vəziyyəti ağır idi. Buna görə, mən özüm də, bütün ailə üzvlərimiz də ciddi qorxu keçirmişdik. Mənim həyatda ən çox qorxduğum hadisə bu idi. O, İngiltərədə yaşayır və oranın vətəndaşıdır. Şükür ki, hazırda hər şey qaydasındadır”.


Əməkdar artist Elza Seyidcahan isə yalanla üzləşməkdən qorxur:

“Kiminsə yalanına tuş gəlmək, şər-böhtanı ilə üzləşmək düzgün insan üçün ən qorxulu məqamdır. Həyatda nə ziyan gətirirsə, ondan qorxmaq lazımdır”.


Tibb üzrə elmlər doktoru, tanınmış həkim Rəşid Mahmudovun isə həyatda ən çox qorxduğu şey ədalətsizliklə üzləşməkdir:

“Kiminsə haqsızlığı insanı yıxar. Bir də ki, torpaqlarımızın düşmən tapdağında qalmağından, ölkəmizin ərazisinin kiçilməsindən qorxuram. Düşünün, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ərazisi nə qədər böyük idi. İndi isə fitnəkar qonşularımız torpaqlarımıza göz dikib. Ölkəmizin ərazisinin sərhədlərinin kiçilməsindən çox qorxuram”.

“Azadinform” İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev deyir ki, ən çox qorxduğu hadisəni 1992-ci ildə yaşayıb:

“1992-ci ildə orta məktəbi yenicə bitirib ali məktəbə imtahan vermişdim. O dövrlərdə ölkədə çox qarışıq siyasi proseslər gedirdi, təbii ki, müharibə də bir tərəfdən. Eyni zamanda, tələbə qəbulunda yeni qayda - test sistemi tətbiq olunmuşdu. Belə bir qarışıq situasiyada biz imtahan vermişdik və nəticələri gözləyirdik. Tərs kimi nəticələr də gecikirdi. Dəqiq xatırlamıram, amma o zamanlar xeyli gözlədik. Qorxu altında günlərlə gözlədik. Əlbəttə, sonda nəticələ mənim üçün sevindirci oldu və bir neçə günlük narahatlığıma, bir az da konkretləşdirsək qorxularıma qalib gəldim. Bü günə qədər ən çox qorxduğum hadisə bu olub. Düzdür, sonralar daha kiçik narahatçılıqlarım olub, amma onları qorxu adlandırmazdım”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan dili fərdlər arasında birlik yaradır... - I YAZI 24 İyun 2019, 14:49 “İmamoğlu Ərdoğana rəqib ola bilər, amma...” - Azərbaycanlı deputatlardan REAKSİYA 24 İyun 2019, 14:31 Media nümayəndələri İlahiyyat İnstitutunda imtahanları izlədi   24 İyun 2019, 14:12 Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı 24 İyun 2019, 14:04 595192 hektar sahədə taxıl biçini aparıldı 24 İyun 2019, 13:53 Sabah 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ 24 İyun 2019, 13:50 Vilayət Eyvazov müşavirə keçirdi 24 İyun 2019, 13:45 Ölmüşdü Ağdam... 24 İyun 2019, 13:34 Mehdiabad yolunda qəza – 3 nəfər yaralandı   24 İyun 2019, 13:15 Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı   24 İyun 2019, 12:58 Nazir: “İlk dəfə minimum əməkhaqqı yaşayış minimumunu üstələyir” 24 İyun 2019, 12:53 Gürcüstan iqtidarı müxalifətin əsas tələbini qəbul etdi 24 İyun 2019, 12:53 “Namizədlər bu işə məsuliyyətsiz yanaşıb” – Məleykə Abbaszadə   24 İyun 2019, 12:40 Elçibəyin oğlu: “Atam təmtəraqlı ad günlərini sevməyib” 24 İyun 2019, 12:37 İstirahət günlərində Azərbaycan yollarında 11 nəfər öldü 24 İyun 2019, 12:36 Xarici diplomatlar DOST MƏRKƏZİNDƏ - FOTOLAR 24 İyun 2019, 12:31 Kanadada Azərbaycan mətbəxi haqda kitab buraxıldı 24 İyun 2019, 12:26 Diaspor rəhbəri Finlandiya səfiri ilə müzakirə apardı   24 İyun 2019, 12:16 Bakıda BMT-nin Dövlət Xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib   24 İyun 2019, 12:06 “Yol polisini hər adama etibar etmək olmaz” - General Zeynalovla bağlı məsələyə deputatdan münasibət 24 İyun 2019, 12:01 BDU-nun 300-ə yaxın tələbəsi rektora ŞİKAYƏT ETDİ 24 İyun 2019, 12:00 İstilər normadan 3-4 dərəcə yüksəkdir - AÇIQLAMA 24 İyun 2019, 11:46 İran ABŞ sanksiyalarına görə Azərbaycandan “nəfəs” istəyir - RƏSMİ 24 İyun 2019, 11:38 Çingiz Qənizadə seçicilərinə söz verdi 24 İyun 2019, 11:33 Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdü - YENİLƏNİB 24 İyun 2019, 11:29 Elza Yazıçılar Birliyinə üzv olmaqda israrlıdır 24 İyun 2019, 11:25 Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ 24 İyun 2019, 11:19 Artur Rasizadə son nazir təyinatlarından DANIŞDI: “Bu şəxslər çoxdandır ki...” - EKSKLÜZİV 24 İyun 2019, 11:12 Saakaşvilinin partiyası seçkilərə buraxılmadı, səbəbi AÇIQLANDI 24 İyun 2019, 11:07 BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək 24 İyun 2019, 10:54 Ağdamda monitorinq keçiriləcək 24 İyun 2019, 10:53 Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışında  - FOTOLAR 24 İyun 2019, 10:48 Rezidenturaya qəbul olmaq istəyənlər mütləq OXUSUNLAR! 24 İyun 2019, 10:47 Bizi öldürən pis VƏRDİŞLƏR - Ürəyin ən güclü DÜŞMƏNLƏRİ 24 İyun 2019, 10:44 “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” konfransının açılışı olub 24 İyun 2019, 10:41