Modern.az

Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu

Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu

23 May 2019, 16:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edir. 

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramının qeyd olunmasına Fəxri Xiyabanda ümummilli Lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ulu öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib.  Ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Nazirliyin Həmkarlar İttifaqı Komitəsinin “Fəxri Fərman”ları ilə təltif edilib.

 

Sonda Nazirliyin kollektivi adından ölkə prezidentinə müraciət qəbul olunub.

 

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

 

Peşə bayramı günündə keçirilən tədbirlərin davamı olaraq Neftçala Regional Kompleks Monitorinq Laboratoriyasının da açılışı olub. 10 rayonu əhatə edəcək laboratoriya müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunub.

 

Laboratoriyanın yaradılmasında məqsəd  Xəzərə tökülən transsərhəd çayların suyunun keyfiyyətinə nəzarəti gücləndirməklə dənizin çirkləndirilməsinin qarşısını almaq, səth sularının, atmosfer yağıntılarının və torpağın kimyəvi analizlərini həyata keçirmək, eyni zamanda sahil və keçid sularının monitorinqini aparmaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır