Modern.az

Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR

Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR

24 May 2019, 12:44

“Azərbaycanda 1992-1993cü illərdə qaz, elektrik yox idi. Heydər Əliyev Azərbaycanda enerjisi təhükəsizliyini, o cümlədən qida təhlükəsizliyini tam təmin etdi”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.

 

Onun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb:

 

“1993-1994-cü illərdə xarici şirkətlərin Azərbaycana dəvət edilməsi, sazişlərin imzalanması çox çətin idi. Saziş imzalamaq asan, ancaq bu sazişlərdə xalqın, dövlətin maraqlarını qorumaq çətin idi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. İmzalanma mərasimində şirkətlərlə bərabər, həmin xarici dövlətlərin nazirləri də iştirak edirdilər, onlar da imza atdılar. Sonradan “Əsrin müqaviləsi” parlamentə qanun kimi qəbul edilmək üçün təqdim edildi”.

 

Valeh Ələsgərov “Əsrin müqaviləsi”ndən danışarkən bir çox iqtisadçının buna qarşı çıxdığını da bildirib.

 

“Parlamentdə qanun kimi qəbul ediləndən sonra artıq bu saziş beynəlxalq sənəd və qanun kimi təsdiqləndi. Bunun əhəmiyyəti nə idi? O dövrdə Xəzərdə mübahisələr davam edirdi. Sənədin beynəlxalq saziş və qanun kimi qəbulu bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu, ilk baxışda xırda addım kimi görünsə də, gələcəyə hesablanmış böyük addım idi. Digər tərəfdən, “Əsrin müqaviləsi” Azərğaycanda qanun və normativ aktlardan üstündür. Bu, beynəlxalq investorların əmin bir şəkildə Azərbaycana sərmayə yatırması üçün vacib idi”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər