Arxiv
24 May 2019, 16:06 | PARLAMENT
Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır”

“Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil. Ermənilərin 200 il ərzində Azərbaycan ərazilərinə iddiası olub”.

Modern.az  xəbər verir ki, bunu Mili Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  deyib.

O, bildirib ki, ermənilər Qafqazın aborigen xalqı deyil, gəlmədirlər. Azərbaycan Cümhuriyyəti 1919-cu ildə Fransada Millətlər Liqasına üzvlük üçün müraciət etdi, 1920-ci il yanvarın 12-də Azərbaycan tanındı:
 “Həmin dövrdə ermənilər də liqaya müraciət etdilər, ancaq onları qəbul etmədilər, dedilər ki, sizin əraziniz yox, dövlətiniz yox, sərhədiniz yox, sizi nə adla qəbul edək?”.


Z.Əsgərov bildirib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar və qətnamələr qəbul ediblər:


“Çox təəssüf ki, bu günə qədər bu qərarlar yerinə yetirilməyib, çünki Azərbaycana qarşı münasibətdə ikili standartlar var. BMT-nin qətnamələrində göstərilir ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz, dərhal çıxarılmalıdır. Lakin 30 ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Məgər Ermənistan elə güclü dövlətdir ki, BMT-nin qərarlarını yerinə yetirmir? Bu, onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar var. Bu gün beynəlxalq hüquq normaları işləmir. Kimin gücü var beynəlxalq hüquq onun tərəfindədir. Hələki belədir, gələcəkdə necə olacaq bilinmir”.

Birinci vitse-spiker ATƏT-in Minsk qrupu haqqında da danışıb: “1992-ci ildən Minsk qrupu fəaliyyət göstərir. İndi 2019-cu ildir. Bəs niyə münaqişə həll olunmur? Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ATƏT deyir ki, “bizim münaqişəni həll etmək üçün mexanizmimiz yoxdur”. Necə olur ki, BMT-nin mexanizmi var, sizin yoxdur? 30 ilə yaxındır münaqişə həll olunmur, beynəlxalq hüquq nəzərə alınmır. Deyirlər ki, status-kvo dəyişməlidir, bəs 30 il status-kvo olar?”.


Z.Əsgərov bildirib ki, nə qədər ki, Azərbaycan güclənir, inkişaf edir, Dağlıq Qarabağ münaqişəsinin həlli də yaxınlaşır: “Çünki haqq güclünün tərəfindədir. Ermənilərin heç bir arqumenti yoxdur, ancaq güclü havadarları var. Ermənistanda heç vaxt sakitlik olmayacaq. Çünki onların heç bir sərvəti yoxdur, iqtisadiyyatı bərbad vəziyyətdədir. Biz status kvonun dəyişməsinin vacibliyin dəfələrlə Minsk qrupuna demişik, ancaq heç bir nəticə yoxdur. Deyirsiniz ki, münaqişəni sülh yolu ilə həll edin, necə edək? Siz niyə Ermənistana işğalçı demirsiniz? Bu qədər ikili standartlar olmaz. Azərbaycanın ərazi bütövlüyü birmənalıdır. Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın əzəli torpaqlarıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?