Modern.az

Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var

Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var

26 May 2019, 12:10

Sakit okeanda Yaponiyaya məxsus iki gəmi toqquşub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Qəza nəticəsində gəmilərdən biri batıb. 

 

Batan gəminin göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Yalnız gəminin kapitanı xilas edilib. 

 

İlkin məlumata əsasən, qəzaya qatı duman səbəb olub. Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi