Arxiv
26 May 2019, 19:24 | AKTUAL
Səninlə fəxr edirik, Azərbaycan əsgəri!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib.

 

Modern.az xəbər verir ki, UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor-müəllim və tələbələrdən ibarət ilk aksiya qrupu hərbi libas geyinərək iki gün cəbhəboyu bölgədə, ön xətt mövqelərində olaraq qarşılarına qoyduqları xeyirxah və nəcib vətənpərvərlik missiyasını layiqincə yerinə yetiriblər.

 

Aksiya iştirakçıları birliyin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb. Əvvəlcə hərbi orkestrin ifa etdiyi milli marşların müşayiəti ilə xalqımızın ümummilli lideri, Silahlı Qüvvələrin əbədiyaşar Ali Baş Komandanı Heydər Əliyevin qərargahın qarşısında gül-çiçəyə qərq olmuş bağçadakı büstü ziyarət olunub, qarşısına qızılgüllər düzülüb.

 

Aksiya iştirakçıları hərbi hissədə Heydər Əliyev mərkəzi, eləcə də hərbi qulluqçular üçün yaradılmış yüksək xidmət, məişət şəraiti ilə, hərbi qulluqçuların problem və qayğıları ilə maraqlanıb, nizam-intizamın, şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasının  bir daha şahidi olublar.

 

Əsgər klubunda Azərbaycan Ordusuna dəstək aksiyasının açılışına həsr olunmuş mərasimdə qrupu müşayiət edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində son illərdə qazanılmış uğur və nailiyyətlərdən geniş söhbət açıb, ulu öndər Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ordumuzun bütün xalqın övladı olduğunu və onun inkişafına müntəzəm qayğı və diqqət göstərməyin hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb. Qeyd edilib ki, UNEC-in bu təşəbbüsü təqdirəlayiqdir və bütün ali məktəblərin, idarə və təşkilatların kollektivləri də bu aksiyaya qoşulmalıdırlar. Müharibə şəraitində yaşayan bir məmləkətin hər bir vətəndaşından barıt qoxusu gəlməli, bütün cəmiyyət vətənpərvərlik hissi ilə yaşamalı, “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” şüarı ölkəni əhatə etməlidir.

 

General-mayor Xəqani Cəbrayılov qonaqları şəxsi heyət adından salamlayaraq bu aksiyanın hər bir döyüşçünün, həmçinin aksiya iştirakçılarının həyatında müsbət iz buraxacağını, işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamını və qələbə əzmini, döyüş ruhunu daha da artıracağına əminliyini bildirib. Ulu Öndərin müdrik kəlama çevrilmiş fikirlərini tədbir iştirakçılarına çatdıran general deyib ki, həqiqətən Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Ona görə də, biz bunu heç vaxt unutmur və orduya olan qayğını daim əsas vəzifələrimiz kimi dərk edirik. UNEC-in bu təşəbbüsü, Ordumuza mənəvi dəstək verməsi hər bir Vətən müdafiəçisini daha böyük zirvələr fəth etməyə ruhlandırır.

 

Rektor professor Ədalət Muradov UNEC-in iyirmi min  nəfərlik böyük kollektivi adından şəxsi heyəti 28 May Respublika Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən salamlayıb, hər bir döyüşçüyə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməyi, hərb tariximizə Aprel və Günnüt zəfərlərinin davamı olacaq yeni-yeni şanlı səhifələr yazmağı arzulayıb.

 

Professor torpaqlarımızın işğaldan azad edilməsi, Respublikamızın ərazi bütövlüyünün bərpa olunması uğrunda UNEC-in kollektivinin də müsəlləh əsgər kimi hər bir əmrə müntəzir olduğunu diqqətə çatdırıb.

 

Həzi Aslanov adına Azərbaycan Ordusu və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzlərinin yaradıcı qruplarının, UNEC-in bədii özfəaliyyət kollektivinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (vaxtilə bu ali məktəb Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu adlanırdı) 1973-cü il məzunu, Əməkdar artist Nizami Abdullayevin iştirakı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı konsert proqramı təqdim edilib. “Biz gəlirik, Qarabağ” ədəbi-bədii kompozisiyası ilə Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının açılışına həsr olunmuş mərasim başa çatıb.

 

Həmin axşam aksiya iştirakçıları şəxsi heyətlə birlikdə şam yeməyində iştirak edib, rəmzi döyüş növbəsində dayanıb, əsgər yataqxanasında gecələyiblər.

 

Aksiyanın ikinci günü cəbhəyanı bölgədə, hərbi hissələrin dayaq məntəqələrində, ön xətt mövqelərində silsilə tədbirlər keçirilib. Döyüşçülərə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti dərc olunmuş kitabçalar təqdim olunub. Rektor Ədalət Muradov, Fizika və kimya kafedrasının müdiri, professor Rövnəq Rzayev, UNEC Beynəlxalq İqtisadiyyat məktəbinin direktoru Aqil Əzizov, Ekspertiza və standartlaşdırma fakültəsinin dekan müavini, dosent Elçin Səmədov, İqtisadi araşdırmalar elmi-tədqiqat institutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov, rektorun köməkçisi, ehtiyatda olan baş leytenant, iki zabit qardaşı olan Şamil Əliyev, təhsildə və ictimai işlərdə fəallıq göstərən tələbələr əsgərlər qarşısında çıxış edib, səmimi söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə UNEC-in təsis etdiyi xüsusi mükafatlar, hədiyyələr təqdim olunub.

Sonra xüsusi təyinatlılar öz məharətlərini nümayiş etdirərək, aksiya iştirakçılarını təəccübləndiriblər.

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının ilk qrupunun rəhbəri professor Ədalət Muradov cəbhəboyu bölgədən ayrılarkən döyüşçülər qarşısında çıxışını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi fikirlərlə tamamlayıb: “Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sirasındadır... Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir... Döyüş qabiliyyəti ən yüksək səviyyədədir... Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox yüksəkdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib”.

 

UNEC-in təşəbbüsü ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası 26 iyun - Silahlı Qüvvələr Gününədək birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də universitetdə davam etdiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi - SƏRƏNCAM 3 İyul 2020, 18:31 “Türk Hava Yolları” İstanbul-Bakı reysi ilə bağlı açıqlama YAYDI 3 İyul 2020, 18:30 Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək  - Prezidentin köməkçisi 3 İyul 2020, 18:26 “Məndə koronavirus var” deyə özündən şübhələn şəxs öncə hara zəng etsin? 3 İyul 2020, 18:23 TƏBİB sədrindən evdə qalanlara məsləhət - idman hərəkətlərinə üstünlük verin 3 İyul 2020, 18:20 Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi 3 İyul 2020, 18:14 Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb 3 İyul 2020, 18:10 Hamilələr xəstəliyi daha ağır keçirir? - TƏBİB-dən cavab 3 İyul 2020, 18:07 Ramin Bayramlı jurnalistlər və həkimlərin yoluxmasından danışdı 3 İyul 2020, 18:03 İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB 3 İyul 2020, 18:00 Yoluxma simptomu olmayanlar təhlükəli şəxslərdir - Ramin Bayramlı 3 İyul 2020, 17:56 Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi 3 İyul 2020, 17:56 Rayonlara gediş-gəliş hələ açılmayacaq - Prezidentin köməkçisi  3 İyul 2020, 17:52 İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ 3 İyul 2020, 17:49 Şənbə-bazar günü işə gedənlər nə edəcək? - Operativ Qərargahdan AÇIQLAMA 3 İyul 2020, 17:46 SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51 Dövlət Agentliyi 84 obyektdə pozuntu aşkar etdi 3 İyul 2020, 16:50 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır 3 İyul 2020, 16:45 Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi 3 İyul 2020, 16:39 Prezident Dövlət Vergi Xidmətinin Əsasnaməsini dəyişdirdi - FƏRMAN 3 İyul 2020, 16:33