Arxiv
31 May 2019, 11:42 | ÖLKƏ
İyun ayının hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasından əsasən yüksək olacağı, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər az olacağı gözlənilir.


Birinci ongünlükdə havanın temperaturu getdikcə yüksələcək. Bəzi günlərdə temperaturun iqlim normasından 4-6 dərəcə yüksək olacağı gözlənilir.


İkinci ongünlükdə şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur.

 

Bakıda və Abşeron yarımadasında - Orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4 dərəcə yüksəkdir.    

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-12 mm) gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında - Orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31, bəzi günlərdə 35-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı  (norma 21-35 mm) gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında - Orta aylıq temperaturun 16-19 dərəcə isti (gecələr 13-18, gündüzlər 18-23, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (86-130 mm) gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında -  Orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3 dərəcə yüksəkdir.  

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər az olacağı  (46-63 mm) gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında - Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 31-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı  (norma 18-179 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındav -  Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 19-24, bəzi günlərdə 26-31, gündüzlər 34-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 3-5 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 12-49 mm) gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında - Orta aylıq temperaturun 21-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 33-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 29-47 mm) gözlənilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39 Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı 25 May 2020, 11:30 “Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar” 25 May 2020, 11:29 İt dişləyən kişi quduzluqdan öldü 25 May 2020, 11:19 “Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir” - Səməd Tomuyev 25 May 2020, 11:15 Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52 Qazaxıstan bütün hava limanlarını açır 25 May 2020, 09:47 Cəbhədə silhalar susmur - Rayonlarımız atəşə tutuldu 25 May 2020, 09:31 Bu Avropa ölkəsi koronavirusdan qurtuldu 25 May 2020, 09:23 Kiyevdə də metro açıldı 25 May 2020, 09:15 “Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ 25 May 2020, 09:12 Koronavirusa yoluxanların sayı 5 milyon yarımı ötdü 25 May 2020, 09:03 İtaliya çempionatı bu tarixdə bərpa olunacaq 25 May 2020, 08:57 Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29 Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı 24 May 2020, 22:15 Gəncə sakini bıçaqlandı 24 May 2020, 21:59