Modern.az

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan nefti kəskin ucuzlaşdı

31 May 2019, 23:33

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 30-da 69,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,4 dollar/barel azdır.

Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,27 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,16 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel azdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı