Arxiv
1 İyun 2019, 10:46 | TƏHSİL
Təhsil haqqını şirkət ödəsin, sonra işlə qaytar... – Bəs biz?

Bəzi inkişaf etmiş ölkələrdə ödənişli ali təhsil alan gənclərin təhsil haqqını ya dövlət ya da özəl şirkətlər qarşılayır. Amma bu şərtlə ki, həmin tələbə ali məktəbi bitirdikdən sonra işləyib onun təhsili üçün ödənilən pulları geri qaytarsın.

Müqaviləyə əsasən universiteti bitirən tələbə öhdəliyi üzərinə götürmüş şirkətdə və ya dövlət işində çalışaraq həmin borcu hissə-hissə geri ödəmiş olur.

 

Bəs bu qaydanın Azərbaycanda tətbiqi mümkündürmü?

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, hər bir ölkənin iqtisadiyyatı, xidmət sektoru, sosial-sənaye sektoru perspektivli kadrların hesabına yüksək şəkildə inkişaf edir və formalaşır.

“Azərbaycan SSRİ müstəmləkəçiliyindən yeni çıxdığı üçün hələ də əmək bazarının tələbinə cavab edən kadr hazırlığı həyata keçirə bilmir. Yəni bu gün Azərbaycanın ali təhsil müəssisələri ilə əmək bazarı qarşılıqlı əlaqədə işləmirlər. Bizdə yetəri qədər şirkətlər yoxdur ki, onlar özlərinə lazım olan işçiləri sifariş verə bilsinlər. Avropa, Amerika, hətta qardaş Türkiyədə bəzi ixtisaslar var ki, illik ödəniş haqqı kifayət qədər yüksəkdir.

 

Məsələn, Azərbaycan Təhsil Nazirliyi yeni qərar qəbul etdi. Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə pulsuz, imtahansız qəbulu ilə bağlı olan bu qərar fikrimcə çox gözəl qərardır. Belə ki, Azərbaycanın iri vəsait ayrılmış SOCAR kimi şirkətləri artıq həmin tələbələri müəyyənləşdirir və onları özlərinin kadrı kimi yetişdirmək üçün sərmayə qoyurlar. Xaricdə bu, belədir”.

 

Kamran Əsədov qeyd edir ki, Azərbaycanda sifarişçi dövlətdir.

 

“Lakin dövlətin onu hara sifariş etdiyini biz bilmirik. Məsələn, bu il 600-700 bal toplayan tələbə dövlət sifarişi ilə təhsil alır. Lakin dövlətin əmək bazarı ilə əlaqə qurmaması bizdə ən pik nöqtədədir. Yəni universitetə qəbul olan tələbə öncədən harada, hansı şirkət üçün kadr olacağını bilmir”.

 

Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18