Arxiv
2 İyun 2019, 09:51 | QARABAĞ
Zabitimizi vurmağı erməni snayperinə kim ƏMR ETMİŞDİ...

Nazim Bayram
keçmiş hərbçi

Təmas xəttində qarşı tərəflərin elə sahələri var ki, snayperlər o sahələri "pristrelka" ediblər. Yəni snayper öz silahı ilə o yeri bəribaşdan nişanlayıb atır, əmin olanda ki, atdığı güllə hədəfi vuracaq, durduğu atəş nöqtəsini və nişangahın göstəricilərini, küləyin səmtini və sürətini, hava temperaturunu, güllənin markirovkasını iş dəftərində qeyd edib, saxlayır. Vaxtı gəlməyincə, canlı hədəfi vurmur ki, qarşı tərəfi vaxtından əvvəl "ayıltmasın" (qarşı tərəf bilməsin ki, bura dəqiq atəşə tutulur). Yalnız komanda veriləndə, snayper dəftərində qeyd etdiyi atəş mövqeyinə çıxır və göstəriciləri nəzərə alaraq, canlı hədəfə atəş açır.

Bu, o cümlədən, bizdə 25 ildir davam edən "snayper müharibəsi”nin praktikasıdır. Bunu bilmək üçün mütləq hərbçi olmaq tələb olunmur. 30 ilə yaxındır (nominal da olsa) müharibə şəraitində yaşayan xalq müharibə ilə maraqlansaydı, bunu çoxdan hər kəs bilərdi. Hər  halda yüksək baxış reytinqi olan serialların dolaşıq süjetlərindən ya "maşın-şou”dakı intriqalardan daha çətin qavranan bir şey deyil.

Gəlin "snayper müharibəsi" mövzusuna marağımızın olmamasını, hərbi xidmətdən qayıdan övlad və qardaşlarımızdan orduda yeyib-içməyindən, isti-soyuğundan, yatıb-durmasından başqa heç nə ilə maraqlanmamağımızı da kollektiv mehriban xorla hökümətin üstünə yıxıb, keçək əsas mətləbə.


Bu yaxınlarda Paşinyan bəyan etmişdi ki, "...təhlillərim göstərir ki, "Arstax" hakimiyətində olan gizli qrup müharibənin başlanması məqsədilə təxribat törədib, müəyyən əraziləri təhvil verib, baş verənlərin məsuliyətini Ermənistan hökümətinin üzərinə qoya bilər...".

Obyektiv təhlil də göstərir ki, Paşinyan hazırda müharibənin baş verməsində bir çox əsaslı səbəblərdən maraqlı deyil. İlk növbədə hələ hakimiyətini möhkəmləndirməyə çalışır. Lakin Dağlıq Qarabağın separatçı rejimi cəbhə xəttindəki vəziyyəti kəskinləşməkdə maraqlıdır, çünki hərbi vəziyətin gərginləşməsi dərinləşən ciddi daxili parçalanma (hayastanlılarla qarabağlıların qarşıdurması) prosesini dayandıra və erməni cəmiyətini birləşdirən yeganə konsolidasiya rolunu oynaya bilər. Bununla da “Qarabağ klanı” və "müharibə şahinləri" itirməkdə olduqları siyasi mövqelərini qaytarmaq, möhkəmləndirmək və siyasətdə yenidən söz sahibi olmaq şansını qazana bilərlər. Snayperə atəş komandasının verilməsi məhz bununla izah oluna bilər. Qalanı işin (yuxarıda göstərdiyim) texniki tərəfidir. 

Bu təxribatın həyata keçirilməsində düşmən müşahidə kameralarından istifadə edib. Kənardan müşahidə ilə rəisin gəlişini müəyyən etmək çətin deyil. Adətən, rəisi görən kimi tabeçiliyində olan komandir (bütün orduların Nizamnamələrinə uyğun) ona yüyürə-yüyürə yaxınlaşıb, hərbi salam verib, məruzə edir. Bununla üst komandirin gəlməsi kənardan görünür. Ermənilər o ərazini müşahidə ediblər və hədəfləri məhz üst komandir olub. Bu isə hansısa əsgərin atəşkəsi özbaşına pozmamasını, hadisənin düşünülmüş təxribat olduğunu göstərir. Müharibəyə hazırlaşan cəmiyətin ilk növbədə bilməli və anlamalı olduğu bunlardır.

Döyüş şəraitində itkilər qaçılmazdır. Öz Şəhid zabitində səhv axtarmaq, qətlə yetirilməsində onu düşmənlə şərik etmək, Şəhidin həlak olması şəraiti barədə sosial şəbəkədə özündən "xidməti təhqiqat" improvizə etmək isə monitor qarşısında çox oturmaqdan "damarı boşalmış", yaxud bəlli korporativ maraqları təmin etmək üçün xüsusi canfəşanlıq göstərən bəzi "tanınmış hərbi ekspertlərin" öz qapımıza qol vurmalarıdır və Şəhidin ruhuna qarşı qeyri-etik davranışdır. Çünki həlak olmuş hərbi qulluqçunun hətta səhvi olubsa belə, o, bunun bədəlini öz həyatı ilə ödəyib. Belə səhvlər  aidiyatlı qurum tərəfindən müəyyən olunur, təhlil olunur və əsasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında orduya müvafiq əmrlər və direktivlər verilir.

Allah mayor Aqil Ömərova rəhmət eləsin. 

Dünən xəbər gəldi ki, onun qisası qismən də olsa, alındı- düşmən əsgəri Melkonyan məhv edilib.
Aqil Ömərovun nəsli oğlanları ilə davam edəcək. Allah onları atalarına layiq övladlar etsin.
19 yaşlı Melkonyanın isə nəsli kəsildi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Azərbaycanda 3 uşaq anası itkin düşüb 22 Avqust 2019, 09:34 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02