Arxiv
7 İyun 2019, 08:13 | DİASPOR
Azərbaycanın İsraildəki dostu - Lev Spivak

Deyir ki, Bakıda doğulub-böyüyüb, həyatının ən əlamətdar günləri bu şəhərlə bağlıdır: “Bu şəhərdə aşiq olmuşam, burada ailə qurmuşam. Onun hər qarışı mənə doğmadır, əzizdir. Elə olur ki, ildə üç dəfə Azərbaycana gedir, qoynunda gəzməkdən yorulmuram. Hər dəfə geri dönəndə, yenə də gözüm arxada qalır”...


Ciddi görkəmi, baxışları, geniş alnı, üz cizgiləri, səsinin ahəngi müdrikliyindən xəbər verir. Onu diqqətlə dinləyir, məqsəd və məramına bələd olmağa çalışırdım. Azərbaycan naminə gördüyü işləri sdaladıqca vəfalı, sədaqətli, ləyaqətli bir insanla həmsöhbət olduğumdan qürur duyurdum. Sizə zarafat gəlməsin, İsraildə həyta keçirdiyi tədbirlərin hər biri mahiyyətinə görə təqdirə, xüsusi tərifə layiqdir...


2008-ci ildən “İsrail Azərbaycan Beynəlxalq Asossasiyası”na rəhbərlik edir. Neçə illərdir ki, İsraildə Azərbaycanla bağlı müxtəlif bayram tədbirləri həyata keçirir. Hər il İsrailin bir şəhərində elmi-nəzəri konfrans, Qarabağla bağlı filmlərin, eləcə də kitabların təqdimatlarını təşkil edir. Xocalı soyqrımı ilə əlaqədar Yerusəlimlə Tələvivin arasında, “Prezident meşəsi” adlandırılan ərazidə 613 ağac əkdirərək oranı ziyarətgaha çevirib. Hər dəfə fevralın 26-da Azərbaycandan gələn qonaqların, o cümlədən İsrail rəsmilərinin iştirakı ilə orada anım günü keçirir.

Eləcə də hər il may ayında İsrail və Azərbaycanın Respublika günlərini birləşdirərək, hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə böyük bayram konsertləri təşkil edir. Onun səyi nəticəsində İsrailin Afula şəhəri Mingəçevirlə, Tirat Karmel Şamaxıyla, Kiryat Byalik İsmayıllıyla, Yokneam Qəbəlylə qardaşlaşa biliblər. Bütün bulardan əlavə, hər il payız aylarında Azərbaycandan çıxan, bu gün İsraildə yaşayan incəsənət adamlarının Bakıda görüşünü və ya konsertini təşkil edir. Bu il böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibəti ilə şairlərin müsabiqəsini keçirib. Həmin yarışmada Kostya Vararu adlı doqquz yaşlı şair Qarabağ haqqında şeiri ilə qalib elan olunub və “Bakıya səyahət”lə mükafatlandırılıb...


Haqqında söhbət açdığım Lev Spivak 1962-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1979-cu ildə 1 nömrəli orta məktəbi bitirib. 1980-1985-ci illərdə indiki Azərbaycan Texniki Universitetində mühəndis mexanik ixtisasına yiyələnib. 1985-1988-ci illərdə Leytenant Şmidt adına zavodda şöbə mühəndisi, 1988-1990-cı illərdə Məişət maşınları zavodunda konustruktor işləyib. 1990-cı ildən İsrailin Rehovot şəhərində yaşayır…


…Ömür-gün yoldaşı Ella xanım İsrail mətbuatında çalışır. Qızı Jenya ali təhsillidir. Bir neçə ildir ki, ailə qurub…


O, İsrailə gəldikdən sonra beş il bizneslə məşğul olub. Daha sonra bir il Tələviv Universitetində kompüter proqramlaşdırılması ixtisasına yiyələnib. 1996-2008-ci illərdə müxtəlif şirkətlərdə proqramçı işləyib. Eyni zamanda kollecdə, universitetdə dərs deyib. Hazırda “İsrail Azərbaycan Beynəlxalq Asossasiyası”na rəhbərlik edir...


Gələcək planları çoxdur. Hər iki xalqın mehriban münasibətini qoruyub saxlamaq, yəhudi xalqını Azərbaycanın problemləri ilə tanış etmək, İsrail əhalisində Azərbaycana rəğbət yaratmaq onun əsas istəyidir. Səyahət etməyi xoşlayır. İndiyədək ABŞ-da, Kanadada, Avropanın bir sıra ölkələrində olub…


Deyir ki, Azərbaycan inkişafa doğru irəliləyi:. “Bu məni çox sevindirir. Arzulayıram ki, Qarabağ probleminin həlli qansız-qadasız başa gəlsin. Ümumiyyətlə, Azərbaycan mənə dogma, azərbaycanlılar isə əziz insanlardır. Onların sevincini sevincim, kədərini isə öz kədərim bilirəm”…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39