Arxiv
8 İyun 2019, 11:18 | QARABAĞ
Qarabağın Azərbaycanlı İcması: "Qondarma rejim erməni icmasını da əsarət altında saxlamaqda davam edir"

Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı bölgədə yaradılmış qondarma rejimin “xarici işlər nazirliyi”nin şərhinə reaksiya verib. Modern.az xəbər verir ki, icma rəhbəri Tural Gəncəliyev separatçı rejimin açıqlamalarına bəyanatla qarşılıq verib.

 

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər nazirliyinin” şərhi ilə bağlı

BƏYANATI

 

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər nazirliyi” ermənilərə qarşı ölkəmizdə guya ksenofobiya aşılanması və dünya erməniliyinin düşmən kimi təqdim edilməsi ilə bağlı yenidən cəfəng və əsassız iddialar irəli sürmüşdür. Qondarma rejim UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununa toxunaraq, Arsenal klubunun erməni futbolçusu Mxitaryan və erməni azarkeşlərin Bakıya gələ bilməməsini bu məsələ ilə əlaqələndirməyə cəhd etmişdir.

 

Avropanın əsas futbol qurumu olan UEFA-nın prinsiplərinə zidd olaraq mötəbər idman yarışını siyasiləşdirməklə, qarşı tərəf yenidən özünü ifşa etdi.

 

Erməni və ya erməni əsilli idmançılar Azərbaycanda keçirilən mötəbər idman yarışlarında dəfələrlə iştirak etmişdir. Hətta, erməni parlamentarilər və digər erməni nümayəndə heyətləri ölkəmizə səfərlər etmiş və heç bir problemlə üzləşməmişdir. 

 

Ermənistan anlamır ki, problemin kökündə duran əsas məsələ onun Azərbaycana qarşı davam etdirdiyi hərbi işğal və təcavüz siyasətidir. Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük soyqırımını törədən, yüzlərlə dinc sakini, qadın, uşaq və qocaları qətl edən Ermənistan tərəfi törətdiyi dəhşətləri unudaraq, futbol yarışı ətrafında “ucuz şou” düzəltməklə ifşa olunduğunu anlamırmı?! Azərbaycanlı dinc əhaliyə qarşı Xocalı soyqırımını törədən Ermənistan hansı əsasla ölkəmizi ermənilərə qarşı ksenofobiya aşılamaqda ittiham edir?!

 

Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində bilavasitə irqi ayrıseçkilik, etnik təmizləmə və diskriminasiya qurbanı olaraq qondarma qurumun diqqətinə çatdırıram ki, Azərbaycanda guya ermənilərə qarşı ksenofobiya aşılanmasını iddia etməzdən öncə, qarşı tərəf mono-etnik Ermənistan ilə müxtəlif etnik azlıqların, o cümlədən onminlərlə erməninin azad və firəvan şəkildə yaşadığı ölkəmiz arasında olan fərqi düzgün dərk etməyə çalışsın. Bunu görmək üçün “silahlanmış gözə” malik olmağa ehtiyac yoxdur, sadə statistik rəqəmləri və digər göstəriciləri müqayisə etmək kifayət edər.

 

Azərbaycanlılara qarşı ksenofobiya və etnik nifrət dövlət səviyyəsində məhz Ermənistanda təbliğ olunur və bunun nəticəsidir ki, azərbaycanlılar 30 ilə yaxındır ki, etnik təmizləməyə məruz qaldıqları torpaqlarına qayıda bilmir.

 

Qondarma rejim Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını da əsarət altında saxlamaqda davam edir. Onlar anlamalıdır ki, bölgənin, ilk növbədə Ermənistanın gələcək inkişafı işğalçılıq siyasətinə son qoyulması, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.

 

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı güc tətbiqi, etnik təmizləmə, ümumiyyətlə işğaldan irəli gələn nəticələrin legitimliyini heç vaxt tanımayacaq. Bu mövqe sonuncu dəfə öz ifadəsini Fransanın Serji-Pontuaz şəhər məhkəməsinin qərarında tapmışdır. Sözügedən məhkəmə bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanmış “saziş”in ləğvinə dair qərar verərək, onun qanunsuz olduğunu, hüquqi qüvvəyə malik olmadığını və Fransanın beynəlxalq öhdəliklərinə ziddiyət təşkil etdiyini bildirmişdir.

 

Bir daha bəyan edirəm ki, münaqişənin yeganə həlli yolu – Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılması, oradan qovulmuş azərbaycanlıların geri dönməsi, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının birlikdə sülh şəraitində yaşaması ilə mümkündür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məmur olmaq istəyənlər imtahana çəkilir 20 İyun 2019, 10:51 Qubanın ucqar kəndində  dərs deyən müəllim - VİDEO 20 İyun 2019, 10:47 İyunda 11 nəfəri ilan sancıb 20 İyun 2019, 10:37 Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı 20 İyun 2019, 10:30 Deputat Rüstəm Xəlilov seçicilərin problemlərini dinlədi 20 İyun 2019, 10:26 Bakıda mövsümi meyvələrin qiyməti “od tutub yanır” - Rusiyaya aparılır... 20 İyun 2019, 10:20 Novruz Məmmədov xidməti heyətin maaşlarını artırdı 20 İyun 2019, 10:01 Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI 20 İyun 2019, 10:00 Partiyaların bağlanması haqda məlumatlar dövlət reyestrinə daxil ediləcək - QƏRAR 20 İyun 2019, 09:58 UNEC-də dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olundu 20 İyun 2019, 09:50 Polisin axtardığı qız tapıldı - “70 yaşlı kişiyə ərə verirdilər, evdən qaçdım” - VİDEO 20 İyun 2019, 09:49 “Münaqişədən daha çox ziyan görən erməni icmasıdır” – Gəncəliyevdən BƏYANAT 20 İyun 2019, 09:48 Uşaqlarda nitq PROBLEMİ – daha çox oğlanlarda olur… 20 İyun 2019, 09:44 Baş nazir qurumların siyahısında dəyişiklik etdi 20 İyun 2019, 09:36 Ermənilər iriçaplı silahlarla mövqelərimizi atəşə tutdu 20 İyun 2019, 09:34 İran ABŞ-ın pilotsuz aparatını vurdu 20 İyun 2019, 09:04 ABŞ Dövlət katibinin müavini Qarabağ münaqişəsi barədə məlumatlandırıldı 20 İyun 2019, 08:19 Məmmədyarov həmsədrlərlə görüşdü 20 İyun 2019, 08:13 Adını “Forbes” jurnalında görmək istəyən sumqayıtlı məktəbli 20 İyun 2019, 08:09 Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı 20 İyun 2019, 00:54 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 20 İyun 2019, 00:42 Mingəçevir su anbarı yaxınlığındakı yanğın söndürüldü - Yenilənib 20 İyun 2019, 00:17 “Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov 20 İyun 2019, 00:01 Azərbaycan nefti bahalaşdı 19 İyun 2019, 23:45 Bakıda yeniyetmə bədbəxt hadisənin qurbanı oldu 19 İyun 2019, 23:31 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi -  FOTO 19 İyun 2019, 23:17 Bolqarıstan parlamentinin sədri Bakıda 19 İyun 2019, 23:00 FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı 19 İyun 2019, 22:46 Fuad Abbasov aclığı dayandırdı 19 İyun 2019, 22:29 Belqradda Nəsiminin 650 illiyinə həsr olunan elmi simpozium 19 İyun 2019, 22:13 İstidən 92 nəfər öldü 19 İyun 2019, 21:56 Hərbi təlim düşərgəsində 14 yeniyetməni şimşək vurdu 19 İyun 2019, 21:40 Elmar Məmmədyarov Boltonla Qarabağı müzakirə etdi 19 İyun 2019, 21:27 Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək? 19 İyun 2019, 21:13 Yaponiya ilə Azərbaycan arasında viza rejimi sadələşdirilir 19 İyun 2019, 20:59