Modern.az

Xırdalanda dəhşətli QƏZA - Avtomobil qadını vurdu – VİDEO

Xırdalanda dəhşətli QƏZA - Avtomobil qadını vurdu – VİDEO

Hadisə

8 İyun 2019, 16:01

Xırdalan şəhərində Məmməd Əmin Rəsulzadə küçəsində baş verən qəzanın videogörüntüsü yayılıb.  

 

Modern.az xəbər verir ki, iyunun 2-də səhər saat 11:00 radələrində baş verən qəza avtomobillərdən birinin kamerasına düşüb. Kadrlardan görünür ki, minik avtomobili qəfil idarəetməni itirərək səkidə dayanan və dilənçiliklə məşğul olan Sevda adlı qadını vuraraq ağır yaralayıb.  

 

Yerli sakinlər Məmməd Əmin Rəsulzadə küçəsinin qəza baş verən hissəsində işıqforun və sürət həddini məhdudlaşdıran işarənin olmaması səbəbindən tez-tez qəzaların baş verdiyini bildirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!