Arxiv
17 İyun 2019, 17:55 | QARABAĞ
Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi

Son günlər bəzi KİV-lərdə və sosial şəbəkələrdə işğal altındakı Dağlıq Qarabağ ərazisində partizan müharibəsi aparmağı təklif edənlərin sayı artıb.

Bu sırada diletantlarla yanaşı, keçmiş döyüşçülər, hərbi ekspertlər, işğal bölgəsindən olan sakinlər də var.

Qarabağ döyüşçsüsü, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram partizan müharibəsi aparmağın indki zamanda heç də asan məsələ olmadığını deyib.

Modern.az-ın məlumatına görə, keçmiş döyüşçü Qarabağda partizan müharibəsindənsə, uğrulu diversiya əməliyatları keçirməyin tərəfdarıdır.

O fikirlərini belə əsaslandırıb:

“Partizan müharibəsi kimi xəyallar ciddi yanaşmaya, təəssüf ki, tab gətirmir. Burada sızmanın texniki çətinliklərinə toxunmuram. Tutaq ki, 10-16 nəfərlik dəstə düşmən arxasında sızdı və meşələrdə, dağlarda gizləndiyi yerdən çıxıb, zərbə endirib, çəkiləcək (partizan üsulu). Bəs özü ilə daşınan qida bitəndən sonra nə etməlidir? Ya qayıtmalıdır (cəbhə xəttini geriyə keçməlidir), ya erməni yaşayış məntəqələrinə yemək üçün basqınlar etməlidir. Düşmən də hərif deyil, bunu anlayır. Bilir ki, dəstə daha çox özü ilə sursat, partladıcı maddələr və s. götürəcək, daha az qida götürəcək. Dəstənin işləri yaxşı getsə, ən yaxşı halda bir neçə sürətli uğrulu diversiya əməliyatları keçirəndən sonra (5-6 gün ərzində) özləri ilə apardıqları (az çəkili, yüksək energetik) qida bitəcək. Dəstə nə etməlidir?
Yuxarıda qeyd etdim. Onda düşmən partizan qrupunun hərəkət etdiyi yaxın ərazilərdəki yaşayış məntəqələrində qüvvələrini yerləşdirəcək və cəbhə xəttinə arxadan da nəzarəti gücləndirəcək. Bir sözlə bir azdan dəstəmizə qəhrəmancasına döyüşüb, həlak olmaqdan başqa yol qalmayacaq.


Partizan müharibəsi istəyiriksə, bilməliyik ki, cəbhəni keçən qruplar birdəfəlik istifadə üçündür. Bir neçə gündən sonra onların döyüş qabiliyəti ciddi dərəcədə aşağı düşəcək.

Beləliklə, bizə çox mühüm tapşırıq üçün yüksək peşəkar, könüllü, birdəfəlik diversiya qrupları tələb olunursa, bu başqa məsələ. Belə peşəkar qrup separatçıların rəhbərliyini məhv etmək kimi bir tapşırığı yerinə yetirmək üçün istifadə oluna bilər. Belə tapşırıqla düşmən arxasının dərinliyinə sızdırılmış qrupun salamat qayıtması, yaxud düşmən arxasında döyüş fəaliyyətini davam etdirməsi hərbi planda nəzərdə tutula bilməz (çünki hərbdə istək reallıq kimi qələmə verilməz).
Bu tapşırığı yerinə yetirməyə qadir olan peşəkarların özləri də uşaq deyillər, anlayırlar ki, geriyə yol yoxdur. İnanıram ki, düşmən arxasına keçib, döyüşüb, ölümə şuurlu şəkildə getməyə hazır oğullarımız az deyil. Belə əməliyatların əleyhinə deyiləm, keçirilməsi zəruri və məqsədəuyğun sayılsa, özüm də məmnuniyətlə iştirak edərdim. Ancaq bu, sərbəst kütləvi partizan müharibəsi deyil, diversiya əməliyatlarıdır. Hətta 5 ya da 10 diversiya qrupu sızdırılsa belə, partizan müharibəsi deyil. Bu əməliyatlar bilavasitə müharibə öncəsi həyata keçirilə bilər. O zaman diversiya işinin effektivliyi də yüksək olar, qrupların sağ qalmalarına şansları da real ola bilər.

Hazırki şəraitdə Azərbaycan genişmiqyaslı müharibə edə bilmirsə, "apreldən" daha iri, ciddi hərbi-siyasi nəticələrə səbəb olacaq, məhdudmiqyaslı hərbi əməliyatlar keçirə bilər. Lakin partizan müharibəsinin real perspektivi yoxdur”.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR 23 Sentyabr 2019, 14:49 “Kənddən Şəhərə” məhsulları “World Food Moscow” Beynəlxalq Qida Sərgisində 23 Sentyabr 2019, 14:49 BQXK vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır 23 Sentyabr 2019, 14:47 10 yaşlı Anjelina ilk dəfə məktəbə getdi - FOTO 23 Sentyabr 2019, 14:39 Gəncədə piyadanı vurub qaçan sürücü tutuldu 23 Sentyabr 2019, 14:32 Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır 23 Sentyabr 2019, 14:23 DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir 23 Sentyabr 2019, 14:03 Milli Məclisin payız sessiyasının gündəliyi bəlli oldu 23 Sentyabr 2019, 14:02 Əhliman Əmiraslanov: “Adlarını psixoloq qoyub ekstrasenslik, falçılıq  edirdilər” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 13:56 Sürücülərin nəzərinə: Texniki baxışa görə rüsum artırılır 23 Sentyabr 2019, 13:51 Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02 Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - FOTO 23 Sentyabr 2019, 11:54 Sabiq xarici işlər naziri: “Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” 23 Sentyabr 2019, 11:49 Bir əsgərimiz də şəhid oldu 23 Sentyabr 2019, 11:32 Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik 23 Sentyabr 2019, 11:24 Əcnəbi sözlər dilimizi “intihar”a sürükləyir 23 Sentyabr 2019, 11:10 370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13