Arxiv
18 İyun 2019, 16:15 | AKTUAL
Dövlət əmlakları özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyunun 18-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

 

Komitənin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, dövlət əmlakları üzrə geniş seçim və rahat özəlləşdirmə şəraiti hərraclarda iştirakçı fəallığını təmin edir. Elektron formada sifarişin verilməsi və hərracda onlayn iştirak vətəndaşlara vaxt itirmədən əmlak sahibi olmaq imkanı verir.

 

Budəfəki hərracda özəlləşdirilən 26 dövlət əmlakı üzrə ümumilikdə 40 sifarişçi iştirak edib. İştirakçılardan 5-i seçdiyi dövlət əmlakına sifarişi olduğu məkandan elektron formada verib. Özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri aiddir.

 

Kiçik dövlət müəssisələrindən biri Sumqayıt şəhərində yerləşir. Dövlət əmlakı 9 min 308 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Goranboy rayonu, Qazanbulaq qəsəbəsindəki qeyri-yaşayış binası da hərracda öz sahibini tapıb. İştirakçı sahəsi 109,5 kvadratmetr olan dövlət obyektini 1750 manata özəlləşdirib. Digər obyektlər kimi torpaq sahəsi ilə birlikdə özəlləşdirilən kiçik dövlət müəssisəsi Şabranda yerləşir. 110,8 kvadratmetr sahəsi olan bu obyekt üçün 6 min manat təklif edən iştirakçı hərrac qalibi olub.

 

Hərracda nəqliyyat vasitələri rəqabət yaradıb. Buraxılış tarixi 2001-ci il olan “Hyundai Choros” markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 4 min manat təyin olunub. Hərracda 2 iştirakçı arasındakı rəqabətlə avtomobilin son qiyməti 5 min 450 manata yüksəlib. “UAZ” markalı avtomobilin hərracı 3 sifarişçinin iştirakı ilə keçib. Nəqliyyat vasitəsi 2 min 450 manat təklif edən iştirakçı tərəfindən özəlləşdirilib. Keçirilən hərracların nəticələri ilə tanış olmaq istəyən şəxslər Özəlləşmə portalına (privatization.az) daxil ola bilər.

 

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyunun 25-də keçiriləcək. Həmin hərraca 37 nəqliyyat vasitəsi çıxarılıb. İstehsal tarixləri 1996-2010-cu illər olan avtomobillər “Mercedes”, “Renault”, “Fiat” və digər markalara aiddir. Dövlət əmlakları üzrə seçim etmək və hərracda iştirak statusu qazanmaq üçün komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
II ixtisas qrupu üzrə 600+ bal toplayanlar “UNEC-i tanı” layihəsində 24 İyul 2019, 12:57 FHN-ə yeni mətbuat katibi təyin olundu 24 İyul 2019, 12:54 Abid Şərifov:“Jurnalistin işdən çıxarılması məni maraqlandırmır” 24 İyul 2019, 12:45 Güclü külək sabah da davam edəcək - HAVA PROQNOZU 24 İyul 2019, 12:34 Gənclər Fondu qrant müsabiqəsi elan etdi 24 İyul 2019, 12:34 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İordaniya  ilə əlaqələri güclənir 24 İyul 2019, 12:23 Tarixdə iz qoyanlar: Ermənilərin didərgin saldığı, iflicdən ölən VƏTƏN ŞAİRİ 24 İyul 2019, 12:20 Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF 24 İyul 2019, 12:04 Jurnalist Səbuhi Məmmədli imzasını dəyişdi 24 İyul 2019, 11:52 “Azercell-Lab” təcrübə proqramının qalibləri bilindi 24 İyul 2019, 11:42 Sahil Babayev 6 ayda 450 nəfəri qəbul etdi 24 İyul 2019, 11:35 Şəkidə asfalt iki elektrik dirəyinin arasından çəkilib? – Agentlikdən AÇIQLAMA 24 İyul 2019, 11:33 ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiqlədi   24 İyul 2019, 11:27 Qarabağda erməni hərbçi öldü 24 İyul 2019, 11:13 Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi AÇILACAQ 24 İyul 2019, 10:55 UNESKO-nun nümayəndəsi Bakıdan YAZDI 24 İyul 2019, 10:51 Cəbhədə monitorinq keçiriləcək   24 İyul 2019, 10:39 “Neftçi” Rusiyaya uça bilmir 24 İyul 2019, 10:27 Kapital Bank – 145 il sizinlə! 24 İyul 2019, 10:12 Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi 24 İyul 2019, 10:03 Bakıda qəza tıxaca səbəb oldu - FOTO 24 İyul 2019, 09:57 Ermənilər cəbhədə təxribatlara davam edir 24 İyul 2019, 09:44 4 rayon qazsız qalacaq 24 İyul 2019, 09:40 Manat və dollar bu gün neçəyə satılır? 24 İyul 2019, 09:33 Lalə Şövkət Leyla Yunusu təkzib edir 24 İyul 2019, 09:22 Ali məktəblərə ixtisas seçimi başlayır   24 İyul 2019, 09:15 Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib 24 İyul 2019, 09:06 Bakını cənginə alan küləklər: “...Metereoloji silahlardan istifadə edilir” - AÇIQLAMA 24 İyul 2019, 09:02 Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə etdi 24 İyul 2019, 08:55 "EYOF Bakı 2019": Bu gün keçiriləcək yarışlar - CƏDVƏL 24 İyul 2019, 08:52 “Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59 Türkiyə BTQ ilə daşımaların həcmini artırır 23 İyul 2019, 23:46 Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər - VİDEO 23 İyul 2019, 23:27