Modern.az

Pentaqonun yeni başçısı bəlli oldu

Pentaqonun yeni başçısı bəlli oldu

Dünya

18 İyun 2019, 22:27

ABŞ-ın yeni Müdafiə Naziri vəzifəsini icra edən Mark Esper olacaq.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Patrik Şanahan bu vəzifəyə görə Senatdakı təsdiq prosesindən keçməməyə qərar verib.

 ABŞ prezidenti Donald Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb:

"Əla xidmət göstərdiyinə görə Petə öz təşəkkürümü bildirirəm və Quru Qüvvələrin indiki baş naziri Mark Esperini yeni Müdafiə Naziri vəzifəsini icra edən kimi təyin edirəm.  Markı tanıyıram və şübhə etmirəm ki, o, işi əla görəcəkdir!".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı