Arxiv
19 İyun 2019, 16:08 | AKTUAL
Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər

Bu gün Beynəlxalq Qəzetçilər Cəmiyyətinin (Kuresel Gazeteciler Konseyi; Global Journalism Council) baş direktoru Mehmet Əli Dim Azərbaycan Mətbuat Mətbuat Şurasında olub.

 

Modern.az xəbər verir ki, Parlament Jurnalistləri Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan-Türkiyə media əlaqələrinin hazırkı vəziyyətindən söhbət açaraq bildirib ki, hər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri jurnalistlərin də qarşılıqlı əməkdaşlığının güclənməsinə təsir göstərməkdədir. MŞ sədri eyni zamanda mövcud sahədə görüləcək işlərin çoxluğuna diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası Türkiyə ilə bağlı məsələlərdə hər zaman monolit mövqedən çıxır edir. Bu mövqe qardaş ölkənin dövlətçilik maraqlarının nəzərə alınmasına söykənmiş yaradıcılıq dəst-xəttinə əsaslanır. Ə.Amaşov rəhbərlik etdiyi qurumun xaricdəki nüfuzlu media təşkilatları ilə əlaqələrindən də söz açıb və vurğulayıb ki, qarşılıqlı əməkdaşlıqda başlıca məqsəd beynəlxalq miqyasda Azərbaycanla bağlı obyektiv rəyin formalaşmasına dəstək göstərməkdən, təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

 

M.Ə.Dim Azərbaycana səfərinin məqsədləri barədə məlumat verərkən bildirib ki, Beynəlxalq Qəzetçilər Cəmiyyəti tərkibində Türkiyə ilə yanaşı dünyanın bir sıra ölkələrinin jurnalistlərini də birləşdirir. BQC-nin kifayət qədər geniş platforma olduğuna dair fikirlərini bölüşən sədr əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi məsələlərin, mövcud xüsusda Azərbaycanın ədalətli mövqeyinin, həmçinin turizm potensialının təbliği üçün qurumun daha sıx fəaliyyət göstərməsinə ehtiyac duyulmaqdadır. O, səfərin bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

 

Görüşdə Türkiyənin bəzi media qurumlarında zaman-zaman Azərbaycanla bağlı yanlış məlumatların yayıldığına, bunun ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirildiyinə dair fikir mübadiləsi də aparılıb. Belə mənfi təmayüllərə qarşı mübarizə aparılmasının zəruriliyi əsaslandırılıb, qarşıdakı vəzifələr əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub 20 Noyabr 2019, 16:20 Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM 20 Noyabr 2019, 16:11 Putin Zelenskini “yaraşıqlı” adlandırdı 20 Noyabr 2019, 16:05 Əbülfəs Qarayev Parisdə 4 ölkənin naziri ilə görüşüb - FOTO 20 Noyabr 2019, 15:58 Bakıda “gəlin maşını” yanıb külə döndü - VİDEO 20 Noyabr 2019, 15:51 Azərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıb 20 Noyabr 2019, 15:45 Xəzərin dibi ilə Qazaxıstandan Azərbaycana kabel xətti çəkilir 20 Noyabr 2019, 15:38 Türkiyəli həkimlər Oqtay Gülalıyevi əməliyyat etdilər - Beyninə “trubka”qoyuldu 20 Noyabr 2019, 15:32 Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir 20 Noyabr 2019, 15:26 Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub 20 Noyabr 2019, 15:20 Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri... 20 Noyabr 2019, 15:12 Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 20 Noyabr 2019, 14:23 İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ... 20 Noyabr 2019, 14:16 Azərbaycanda bahalaşma - RƏQƏMLƏR 20 Noyabr 2019, 14:10 Prezident Beynəlxalq Türk Akademiyasının işinə qiymət verdi 20 Noyabr 2019, 14:04 Prezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAM  20 Noyabr 2019, 13:46 Hitlerin doğulduğu ev polis məntəqəsi olacaq 20 Noyabr 2019, 13:45 Bələdiyyə üzvlüyünə namizədlər RƏQƏMDƏ 20 Noyabr 2019, 13:43 AÇ-2020-yə vəsiqə qazanan 20 komanda - SİYAHI 20 Noyabr 2019, 13:38 Musa Quliyev “Şərəf” medalı ilə təltif olundu - FOTO 20 Noyabr 2019, 13:31 İvanişvili 140 milyon dollar İTİRDİ: “Heç vəhşi Rusiyada belə şey olmurdu” 20 Noyabr 2019, 13:25 Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı 20 Noyabr 2019, 13:20 Sabahın hava PROQNOZU - Bakıya yağış, rayonlara sulu qar 20 Noyabr 2019, 13:12 Balakəndə narkobaron saxlanıldı - FOTO 20 Noyabr 2019, 13:11 Əfqanıstanda 13 hərbçi güllələndi 20 Noyabr 2019, 13:06 Xaçmaz və Şəkidə 5000 ton toxum emal olunub 20 Noyabr 2019, 12:58 Bələdiyyə seçkilərini müşahidə edəcək beynəlxalq qurumların sayı AÇIQLANDI 20 Noyabr 2019, 12:51 Bakıda qadına əvvəlcə kömək etdi, sonra da pulunu oğurladı - FOTO 20 Noyabr 2019, 12:49