Modern.az

Nicat Həşimzadə “Boşluqdan qaçış”la cəmiyyətə mesajlar verir

Nicat Həşimzadə “Boşluqdan qaçış”la cəmiyyətə mesajlar verir

Ədəbi̇yyat

20 İyun 2019, 12:03

Nicat Həşimzadənin 3-cü kitabı - “Boşluqdan qaçış” romanının təqdimatı olacaq. Modern.az-ın məlumatına görə, romanda gənc nəslin yaşadığı mənəvi boşluğun səbəbləri axtarılır.

Həmçinin maddi çətinliyin sevgi münasibətlərinə necə əngəl olduğu mövzusuna da toxunulub. Müəllif kitabda əsasən yaradıcı adamların yaşadığı dərin boşluğun mahiyyətini və sənətə təsirini izah etməyə çalışıb.

 

Eyni zamanda ölkəmizdə yaradıcı zəkaya sahib olan gənclərin problemləri də əsas qəhrəmanın dili ilə oxuculara çatdırılıb.

 

Boşluq daim bizi təqib edir, bütün həyatımız boyu boşluqdan qaçırıq. Romanda toxunulan əsas mövzulardan biri də ailə təzyiqlərinə görə gənc nəslin azadlığının məhv edilməsidir.

Romanın qəhrəmanı cəmiyyətdəki bozluqdan və daxilindəki boşluqdan qaçır. Xilas ola biləcəkmi? Bu suala cavab tapmaq üçün romanı oxuyun.

 

Onu da qeyd edək ki, “Boşluqdan qaçış” müəllifin ilk romanıdır. Bundan əvvəl çap olunmuş “Qogenin ikinci qadını” və “İndulgensiya” kitablarında Nicat Həşimzadənin qısa hekayələri və publisist yazıları çap olunub.

 

İyunun 30-u, saat 16:00-da Kitabevim.az mağazasında kitabın təqdimat mərasimi keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?