Arxiv
20 İyun 2019, 14:29 | DÜNYA
İmamoğlu Ərdoğana rəqib olacaq - Türkiyəli eks-nazirdən maraqlı AÇIQLAMA

Türkiyədə martın 31-də bələdiyyə seçkiləri keçirildi. Ümumi nəticələrə görə hakim Ədalət və İnkişaf Partiyası öndə olsa da, Ankara, İstanbul, İzmir, Antalya, Adana və başqa böyük şəhərlərdə Cümhuriyyət Xalq Partiyası (CHP) qələbə qazandı. Türkiyənin ən önəmli şəhərərindən olan İstanbulda CHP-nin namizədi Əkrəm İmamoğlu qələbə qazansa da, AKP-nin iddiası əsas gütürülərək, oradakı nəticələr ləğv olundu.

İstanbulda təkrar bələdiyə seçkiləri 23 iyunda keçiriləcək.

Bəzi iddilara görə, Əkrəm İmamoğlu İstanbul seçkilərini yenidən qazanarsa, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğana rəqib olacaq. Yəni növbəti prezident seçkilərində CHP-nin əsas namizədi ola bilər.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyənin keçmiş mədəniyyət və turizm naziri  Ertoğrul Günay bildirib ki,  Ali Seçki Qurumunun (YSK) qərarı ilə yenidən keçiriləcək İstanbul seçkilərində iqtidar bloku səs itirəcək:

“Ankaranın, Adananın, Mersinin, Antalyanın əvvəllər iqtidar blokunun, yəni Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) əlində olan yerlərin indi müxalifətə keçməsi iqtidar blokunun səs itirdiyini və müxalifətin az da olsa, yeni yerlər qazandığını gördük”.

 

Eks-nazir deyib ki,  İstanbul seçkilərinin ləğv olunması Türkiyədə haqlı bir səbəbə görə olmadı:

“Anadolu Agentliyi və Ali Seçki Qurumu nəticələri açıqlamağı dayandırdı. Orada bir manipulasiya etmək cəhdləri ortaya çıxdı. İmamoğlu 15 min səslə İstanbulda önə keçdi. Uzun siyasi mübahisələrdən və bəzi siyasi təzyiqlərdən sonra YSK seçkinin ləğvinə qərar verdi. İmamoğlunun İstanbul qələbəsində özəl bir təsiri var. Əkrəm İmamoğlu klassik Cümhuriyyət Xalq Partiyası (CHP) siyasətindən fərqli bir siyasət yeritdi. Heç kimi kənarlaşdırmadı, hər hansı bir mübahisə etmədi, xalqın daha yaxşı yaşaması üçün çağırışlar etdi. Heç kimi etnik mənsubiyyətinə görə ayırmadı. İmamoğlu qucaqlayıcı bir siyasət yeritdi. Buna görə də uğur qazana bildi. Amma təbii ki, bu uğuru sadəcə İmamoğlunun siyasətinə bağlamaq doğru olmaz. İstanbulda və Ankarada 25 ildir eyni xəttin davamı sayılacaq bir bələdiyyə var. Bundan başqa, 17 illik mərkəzi iqtidar da var. Xalq da eyni simaları görməkdən bezdi, yenilik istədi. Son 5 ildə hökumətin təzyiq siyasəti xalqı bezdirdi və buna etiraz edildi. Buna görə də İstanbulda sədələr müxalifətin namizədinə verildi”.

 

Siyasətçi bildirib ki, 23 iyunda təkrarlanacaq seçkilərdə Əkrəm İmamoğlunun daha çox səs toplayacağını proqnozlaşdırır:

“Amma iqtidar da seçkiyə getməyənləri səs verməyə gətirməyə çalışacaq. Onların nə qədər səs qazanacağını bilmirəm, amma İmamoğlunun səsi azalmayacaq”.

 

Ertuğrul Günay bildirib ki, insanlar gəldikləri yeri həzm etməyi bacarmalıdır:

“İmamoğlu İstanbulda bir rayonun bələdiyyə sədri ikən onu CHP sədri Kamal Kılıçdaroğlu tapdı və partiyasının qərar verən orqanlarını da bir az zorlayaraq, namizəd etdi. İmamoğlu namizədlik müddətində ona verilən bu vəzifəni yaxşı daşıdı. Amma bu uğurda həm özünün, həm də baş verən hadisələrin payı var.  İmamoğlu  İstanbulda yenidən qələbə qazansa, yolu prezidentliyə namizədliyə qədər gedə bilər. Amma bu o demək deyil ki, CHP sıralarından ayrılıb, özünə yeni partiya quracaq. İmamoğlunun yeni bir partiya quracağı ilə bağlı danışmaq doğru olmaz. Belə bir addım atarsa, bir az özünü şişirtmiş olar. Bu da onun zərərinə işləyər”.

 

Ertoğrul Günay deyib ki, iqtidar İstanbul seçkilərini uduzdu:

“31 martda keçirilən seçkilərdə məğlub oldu, 23 iyunda qələbə qazansa belə, yenə uduzmuş sayılacaq. Çünki 23 iyuna gələrkən Yüksək Seçki Qurumunun zorlanaraq belə bir qərar verməsi, bu müddət ərzində inandırıcı olmayan bəzi məsələləri irəli sürmələri iqtidar blokunu ciddi şəkildə geri saldı. Deyək ki, bir hadisə oldu və iqtidar bloku qazandı, yenə əslində iqtidar bloku uduzmuş olacaq. Çünki, onların qələbəsi təzyiqlə olacaq. Buna görə də “iqtidar hər seçkini qazanır” tilsimi sındı. Bu çox önəmli bir nöqtədir, çünki Ədalər və İnkişaf Partiyası 2003-cü ildən bəri seçkiləri problemsiz qazanırdı. Amma İstanbul seçkisini yenidən qazanarsa da, bu, iqtidarın aşağı doğru getdiyinə işarədir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45 “Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov 19 Fevral 2020, 17:39 Prezident İlham Əliyev və Mehriban Əliyeva İtaliyada səfərdədir 19 Fevral 2020, 17:35 MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI 19 Fevral 2020, 17:30 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM 19 Fevral 2020, 17:25 Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15