Arxiv
28 İyun 2019, 15:17 | HADİSƏ
Uşaqlara 28 adın qoyulmasının qarşısı alınıb - İşbilir, Cücəbacı, Əskiyə, Müavin

Ad hər bir insanın cəmiyyətdə fərd olaraq seçilməsini təmin edən bir vasitədir. İnsanlar adlara görə biri- birindən fərqlənirlər. Kimisi adına görə fəxr edir, kimisi də  bundan xəcalət çəkir. Ən böyük məsuliyyət isə valideynlərin üzərinə düşür. Çünki  bu məsələdə valideynlər övladlarını düşünməyərək ağıllarına gələn adları qoyurlar. Elə adlar var ki ,onların xüsusi qoyulma səbəbi var,eləsi də olur ki, sadəcə istəkdən qoyulur.

 

Ölkədə yetəri qədər maraqlı adlara rast gəlirik. Meyvədən tutmuş, quş, avtomobil, elektrik avadanlıqları,  hətta rayon adları da qoyanlar var.

 

Görəsən belə adları qoymaqda məqsəd nədir? Eşidilən zaman diqqət kəsb etməkmi, yoxsa elə ad xatirinə ad qoymaqmı?

 

Bununla bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış adlar və soyadlar  üzrə Xüsusi Komissiyasının sədr müavini Səyalı Sadıqova Modern.az saytına açıqlama verib.

O bildirib ki, son zamanlarda Komissiyaya adqoyma ilə bağlı 70-ə yaxın müraciət daxil olub.

Onlardan 28 adın qoyulmasının qarşısı alınıb. Qarşısı alınan adlardan bəziləri bunlardır:  İşbilir, Xunçar, Cücəbacı,  Xubla, Fəqih, Aymələk, Cəld,  Aliza, İstifa, Əskiyə, Bəkəra. Bu adların qoyulması tövsiyə olunmur.

 

S.Sadıqova onu da qeyd edib ki, Müavin, Alfira, Xublar kimi adların verilməsi üçün məhkəməyə müraciət olunub, ancaq buna baxmayaraq qəti şəkildə  qarşısı alınıb.

 

“Lakin Fəxrfarş, Fəhminə, Elsevən, Elsurə, Bəxtişən,  Çingizdəmir, Bəxtinur, Ceyhan, Ayla, Fəğan, Aylanur kimi adların verilməsi biz tərəfdən tövsiyə olunub.

Müəyyən adlar var ki, valideynlər ad xatirinə ad qoyurlar. Məsələn: Lili adını qoymaq istəyən bir valideyn vardı, uzun müddət mübahisə etdi, ancaq biz mənasını açıb deyəndən sonra özü bu adı qoymaqdan imtina etdi”-deyə S.Sadıova bildirib.

 

O deyib ki, bu kimi məsələlərin aradan qaldırılması üçün maariflənmə işləri aparılmalıdır.

 

“Ona görə ki, validenlər qoyduqları adın mənasını, mahiyyətini bilsinlər. Ad təkcə bir ailəyə məxsus deyil, ona sosial bir hadisə kimi baxlılır. Xalqın , millətin mentalitenini özündə əks etdirir.

Komissiyanın xətti ilə 2014 cü ildə 1750 ad təmamilə siyahıdan çıxarılıb. Ansambl, Kolxoz, Sovxoz, Traktor kimi adlar.

 

Bu cür xüsusi adlar verilmir, indi mənası olmayan adlar daha çox dəbdədir. Məsələn Xunkar adı nə deməkdir? Mənası olmayan bir addır. Ancaq buna baxmayaraq bu adı övladlarına qoymaq istəyən bir çox valideyn  var.

 

Elə adlar da var ki, onların hər birinin öz gözəlliyi və mənası var. Məsələn, Elnurə, Cavidan, Selcan , Bikəxatun və s. Çünki bu adaların mənası var və xalq tərəfindən daha çox sevilir. Lakin mənasız, gülüş doğuran adlar da var ki, onlara qarşı biz tərəfdən  qoyulmaması üçün mübarizə aparılır”- deyə S.Sadıqova əlavə edib.

 

Jalə Mehdiyeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 "Tələsmədən işləməliyik" 19 Yanvar 2020, 23:57 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07
SORĞU Yeni parlamentdə kimlər olsun?