Arxiv
1 İyul 2019, 08:18 | ƏDƏBİYYAT
Yağışın rənglərini duyan xanım...

Dünyada yaşayan milyardlarla insandan biridir. Bəlkə də oxşar həyat tərzi olan milyonlarla bənzəri də vardır. Amma yazarların arasında özünəməxsus dəsti-xətti, bədii yaradıcılğı ilə fərqlənməyi bacaran tək-tək qələm adamlarındandır. 
Qapalı xanımdır, yalqız qalmağı xoşlayır. Xəyallarında özünə bir aləm də qurub. Kövrək duyğuların baş qaldırıb poeziyaya çevrildiyi bu aləmdə insanları heyrətləndirən çox şeirlər doğulub. İndiyədək həmin şeirlərə neçə-neçə mahnılar bəstələnib, sözləri dillər əzbəridir...

Sevənləri yetərincədir. Üz-üzə gələndə xoş kəlmələr deyənləri də az olmayıb. “Görəndə sevindiyim adam”, “Varlığı ilə dünyanı maraqlı edən insan” kimi ifadələr yadında qalanlarıdır. Sadə, təvazökar, mehriban insandır. Təkəbbür hissi ruhuna yaddır. Adamlara xoş söz söyləməyə, onları sevindirməyə tələsir…

Deyir ki,- “Tanrı məndən heç nəyi əsirgəməyib: Qüsursuz görkəm, sağlamlıq, savad, istedad. Ziayalı ailədə dünyaya gəlmişəm. Günlərim xoş keçib. Amma nədənsə mübariz olmamaqda özümü suçlayıram. Bəzən özümə sual verirəm ki, niyə ədəbiyyatçı yox, fizik oldum. Axı valideynlərimin tövsiyəsi ilə bu ixtisasa yiyələnsəm də, sonradan ikinci ali təhsil alıb, ədəbiyyatçı ola bilərdim. Bəlkə də indi yaxşı bir yazıçı idim, yəqin ki, xeyli əsərlərim də var idi”…

Ədəbiyyatı çox sevir. Hələ də bu ixtisasa yiyələnmədiyindən təəssüflənir. Etiraf edir ki, ədəbiyyatçı olmadığından öz xoşbəxtliyini yarımçıq hesab edir. “İnsanın sevdiyi ixtisasa yiyələnməsi və həmin ixtisas üzrə çalışması onun xoşbəxtliyidir”- söyləyir…

Yeniyetmə yaşlarından şeir yazır. Uzun illər mətbuatda çap olunsa da “Yağış yağır bu şəhərə” ilk şeirlər kitabı 1999-cu ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. Yaratdığı poeziya nümunələri oxucuların zövqünü oxşadıqca, onu insanlara sevdirə bilib. Bu nümunələr, bəstəkarların da diqqətindən yan keçməyib. İİstedadlı bəstəkarımız Aygün Səmədzadə onun bir sıra şeirlərinə mahnılar bəstələyib. Və həmin mahnılar ona məşhurluq gətirib, ölkədə tanınan şairlərdəndir. Bəli, sözlərinə bəstələnmiş “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, ”Bakı haqqında nağıl”, ”Yada salma özünü” kimi mahnıları bu gün dillər əzbəridir…

Deyir ki,- “Payızın vurğunuyam. Bu fəsildə yarpaqlar rəngbərəng olur. Onlara tamaşa etməkdən yorulmuram. Yağış da həmçinin, çox sevdiyim təbiət hadisələrindəndir. Əslində yağış mənə bir rahatlıq gətirir. Yağış yağarkən dincəlirəm, yağışlı havada təbiət qoynunda gəzmək xoşuma gəlir. Mənim aləmimdə yağışın da öz rəngləri vardır. Baxanda şəffaf görünsə də, mən yağışı rəngləri ilə duyuram”…

Haqqında söhbət açdığım Kamalə Abiyeva Astara şəhərində müəllim ailəsində dünyaya gəlib. Uşaq olarkən ailəsi Bakıya köçüb. Orta təhsilini 52 nömrəli məktəbdə başa vurub. Sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində ali təhsilə yiyələnib. 1980- ci ildən Bakının Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdə müəllim işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. Pedaqoji fəaliyyətiylə yanaşı bədii yaradıcılıqla da məşğul olur. Beşdən çox kitabın müəllifidir…

Bəli, musiqi sərhəd tanımır. Ecazkar Azərbaycan musiqisinin qanadlarında Amerikaya gəlib çatan mahnılarımız arasında onun da sözlərinə bəstələnənləri az deyil. Daha doğrusu, burada yaşayan yüz minlərlə soydaşımızın böyük əksəriyyəti bu mahnıları sevə-sevə dinləyir.
Yeri gəlmişkən, on iki gündən sonra, iyulun 13-də yaradıcılığı ilə ürəklərdə yuva qurmuş Kəmalə xanımın doğum günüdür. Onu Amerika Birləşmiş Ştatlarından salamlayır, Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28 Professor Buludxan Xəlilov vəfat edib 27 Sentyabr 2021, 09:22 İstanbulda Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR 27 Sentyabr 2021, 09:16 Dini məbədlərdə Şəhidlərin ruhuna dualar oxunur 27 Sentyabr 2021, 09:08 Xarici valyutaların manata qarşı məzənnələri 27 Sentyabr 2021, 09:06
SORĞU Hansı vaksinə etibar edirsiniz?