"Bəzi deputatlar bilib-bilmədən mənim Türkiyə vətəndaşı olduğumla bağlı fikir səsləndiriblər".
Modern.az xəbər verir ki, bu sözləri jurnalist Fuad Abbasov deyib. O bildirib ki, 21 ildir Rusiyada yaşasa da, Azərbaycan vətəndaşı olaraq qalıb.
"Mən Rusiyada Türkiyənin “İhlas” Xəbər Agentliliyinin yaradılmasında önəmli rol oynamışam. Ancaq Azərbaycan vətəndaşı olmuşam. Deputatın belə bir fikir səsləndirilməsi heç də doğru deyil".
Qeyd edək ki, Milli Məclisin deputatı Araz Əlizadə Fuad Abbasovun Azərbaycan vətəndaşı olmadığını dəyərək, onun müdafiəsinin doğru olmadığını irəli sürmüşdü.