Modern.az

Paşinyan xalq arasında nüfuzunu itirir, prezident onu geridə qoydu - RƏQABƏT

Paşinyan xalq arasında nüfuzunu itirir, prezident onu geridə qoydu - RƏQABƏT

4 İyul 2019, 10:42

ABŞ-ın Beynəlxalq Respublika İnstitutu Ermənistanda yeni sorğu keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əhali arasında prezident Armen Sarkisyanın populyarlığı baş nazir Nikol Paşinyandan çox olub.

 

“Baş nazirin reytinqi 56% təşkil edib. Amma prezident Armen Sarkisyana əhalinin 61%-i öz simpatiyasını ifadə edib”-deyə “Qraparak” qəzeti yazır.

 

Siyasi partiyalara gəlincə, “Mənim addımım” iqtidar blokunun 52%, “Çiçəklənən Ermənistan”ın 12%, Respublika partiyasının 5,1% və daşnakların 3,5% populyarlıq reytinqi var.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu