Modern.az

Türkiyədə zavodda güclü partlayış

Türkiyədə zavodda güclü partlayış

7 İyul 2019, 23:23

Türkiyənin Kütahya bölgəsində fəaliyyət göstərən azot zavodunda güclü partlayış baş verib.

Modern.az  xəbər verir ki, zavod Kütahya-Eskişehir avtomobil yolunun yeddinci kilometrində yerləşir.

İlkin məlumata görə, hadisə yerinə polis qüvvələri, xilasedici dəstələr, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub. Hələlik, hadisənin təfərrüatı barədə rəsmi açıqlama yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir