Arxiv
11 İyul 2019, 12:15 | İQTİSADİYYAT
Kürün suyunu içməli suya çevirən qurğu - Hacıqabuldan REPORTAJ

Görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 ili tamam olur. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə yeni inkişaf yoluna qədəm qoyan respublikamızın hər bir yerində iri layihələrin, yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. Bununla da, keçmiş İttifaqın geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan qısa müddətdə nəhəng tikinti-quruculuq meydanına çevrildi.

Ölkəmizdə infrastruktur layihələrinin, o cümlədən istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin böyük bir hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun respublika rəhbərliyinə gəlişindən sonra, digər sahələr kimi, su təchizatı sektorunda da ciddi dönüş yarandı, Bakı şəhəri və Abşeronun su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına nail olundu. Ümummilli liderin Azərbaycanın su sektorunda şah əsəri sayılan Kür sutəmizləyici qurğular kompleksi bu gün də ölkə əhalisinin içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Yolumuz Bakıdan Hacıqabul rayonunadır. 

“Azərsu” ASC aparıcı Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşən Kür sutəmizləyici qurğular kompleksinə səfərini təşkil olunub. Modern.az əməkdaşının da iştirak etdiyi səfər çərçivəsində jurnalistlər kompleksin ərazisi, burada istismar olunan qurğu və avadanlıqların iş prinsipi ilə yaxından tanış olublar.


“Azərsu” ASC sədrinin müşaviri, vaxtilə Kür sutəmizləyici qurğular kompleksinin və Kür-Bakı su kəmərlərinin tikintisində iştirak edən Əməkdar mühəndis Telman Ağayev bildirib ki, ötən əsrin 70-ci illərinə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış məntəqələri içməli su ilə “Şollar”, İkinci  Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunurdu. Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su  təminatında ciddi çətinliklər yaranırdı.


“Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yaranır. SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sistemnini birinci növbəsinin inşasına 1968-ci ildə başlanılır, lakin işlər olduqca ləng gedirdi. 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilir. Ulu öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları “Ümumxalq tikintisi”nə cəlb edilir. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırılır”.

Qeyd olunub ki, layihəmim birinci növbəsi çərçivəsində 1970-71-ci illərdə 2 magistral su kəməri çəkilib istifadəyə verilib. Kür su kəməri kompleksinin birinci növbəsinimn tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradıb. Ötən əsrin 80-ci illərində isə Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində mərhələlərlə Bakıya daha 3 magistral su kəməri çəkilib. 

1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda, suyun keyfyiyyəti standartlara uyğunlaşdırılıb.

Daha sonra Kür sutəmizləyici qurğularının iş prinsipi ilə yaxından tanış olan KİV nümayəndələrinə burada suyun təmizlənməsi prosesi barədə ətraflı məlumat verilib.


Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov jurnalistlərin diqqətinə çatdırıb ki,  çaydan üzən nasos stansiyaları vasitəsilə götürülən su radial durulduculara ötürülür.

“Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. Növbəti mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçən su anbara ötürülür və buradan nasoslarla magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur”.


O, həmçinin qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan  Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona  verilən içməli suyun həcmi xeyli artıb.


“Bu da Kür sutəmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran bölgələrinə yönəldilməsi üçün geniş imkan yaradıb. Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı magistral su kəmərləri, eləcə də anbarlar tikilərək istismara verilib”.


O da qeyd olunub ki, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinin, eləcə də magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Gələcəkdə isə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur. Bütövlükdə isə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı magistral su kəmərlərlərindən 7 şəhərin və 168 kəndin 630 min nəfər sakini faydalanacaq. 


Eyni zamanda, ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Layihə çərçivəsində həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından həmin ərazilərə suvarma suyunun verilməsi təmin olunub.



Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriya ordusu hərəkətə keçdi 19 Avqust 2019, 00:33 Sakit Okeanda güclü zəlzələ 19 Avqust 2019, 00:14 Qax sakini Şəkidə faciəvi şəkildə öldü 18 Avqust 2019, 23:52 Xəzərdə batan 2 əcnəbi xilas edildi 18 Avqust 2019, 23:38 Vəkillə təhsil eksperti arasında qalmaqal: Onun barəsində “Mafioz vəkil”...” 18 Avqust 2019, 23:15 Psixiatriya xəstəxanasının pasienti 4 nəfəri öldürdü 18 Avqust 2019, 23:02 Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43 “Səbail”  “Zirə”ni məğlub etdi 18 Avqust 2019, 22:17 İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi LƏTİFƏ  18 Avqust 2019, 22:03 Azərbaycan güləşçisi erməniyə qalib gəldi 18 Avqust 2019, 21:38 Futbolda qanlı olay: 3 nəfər öldü 18 Avqust 2019, 21:19 Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01 Bakıda intiharın qarşısı alındı 18 Avqust 2019, 18:02 Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb    18 Avqust 2019, 17:30 DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı 18 Avqust 2019, 17:23 Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi 18 Avqust 2019, 17:08 “İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI 18 Avqust 2019, 16:28 Mehriban Əliyevadan şəhidlərə böyük ehtiram - FOTOLAR 18 Avqust 2019, 15:58 Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR 18 Avqust 2019, 14:56 “Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu 18 Avqust 2019, 14:32 Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib... 18 Avqust 2019, 14:03 Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58