Modern.az

Bakıda sərnişin avtobusu gənc oğlanı vurdu

Bakıda sərnişin avtobusu gənc oğlanı vurdu

Aktual

12 İyul 2019, 00:28

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, R.Allahverdiyev küçəsində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Əhmədli Cəlil Bəkir oğlu piyada keçidi olmayan yerdə yolun qarşı tərəfinə keçərkən onu 176 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu