Modern.az

Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB

Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB

Aktual

16 İyul 2019, 09:12

İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 m2 sahədə yanıb.

 

Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

 

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

 

***

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Sabirabad rayonunda Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Bu haqda Modern.az-a FHN-dən bildirilib. 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən bazarın ərazisində bir-birinə bitişik mağazalar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı