Arxiv
16 İyul 2019, 19:50 | AKTUAL
Quba və Xaçmaza infotur təşkil olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi çərçivəsində Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub.


Layihənin həyata keçirilməsində məqsəd regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.


12-14 iyul tarixlərini əhatə edən infoturda 20 nəfərə yaxın KİV, QHT, müxtəlif turizm şirkətlərinin nümayəndəsi və digər sosial-fəal gənc iştirak edib.


İnfoturun ilk günü layihə rəhbəri Vamiq Babayev "Şəfəq" Ekoturizm İctimai Birliyi fəaliyyəti və layihə haqqında məlumat verib. Layihənin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan olunan 1-ci qrant müsabiqəsində qalib layihələr sırasında olduğunu deyən V.Babayev layihə çərçivəsində görülən işlərdən danışıb. O, layihənin kənd sakinlərinə sosial-iqtisadi cəhətdən faydalı olmağa, onların maddi rifahlarının yaxşılaşmasına, həmçinin istirahətini səmərəli və keyfiyyətlə həyata keçirmək istəyən şəxslərin kənd turizmi ilə tanışlığına xidmət etdiyini bildirib. İnfotur iştirakçıları fəaliyyətləri ilə bağlı məlumat verdikdən sonra layihəni yüksək qiymətləndirib, kənd turizmi və bu istiqamətdə layihəyə verəcəkləri töhfələr haqqında fikirlərini bölüşüblər. Layihə rəhbəri infoturun proqramı ilə iştirakçıları tanış edib.


Kənd turizminin inkişafına töhfə vermək məqsədilə Quba rayonunun Qəçrəş kəndindəki evlərdə yerləşdirilən iştirakçılar infotur müddətində Quba və Xaçmazın tarixi görməli yerlərinə ziyarət edib, kənd həyatı ilə yaxından tanış olub, müxtəlif kənd təsərrüfatı fəaliyyətlərinə cəlb olunublar.


İştirakçılar Qubanın Afurca kəndində yerli kənd sakinləri ilə görüşüb və onların kənd turizminə müsbət təsirləri barədə fikirlərini bölüşüblər. İştirakçılar, həmçinin həmin ailələrin həyat tərzi ilə maraqlanıb, kiçik təsərrüfatları ilə tanış olub, heyvan kəsimi, kartofun torpaqdan çıxarılması, təbii məhsullardan istifadə etməklə yeməyin hazırlanmasında iştirak ediblər.


İnfotur iştirakçıları həmçinin Qubanın Təngaltı kəndində Vəlvələ çayının yaratdığı Kanyonlara da səfər ediblər.  


Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev və “Kənd Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin Şimal regionu üzrə əməkdaşı Elşən Məmmədov iştirakçılarla görüşüblər. Görüşdə kənd yaşıl turizmi və onun mahiyyəti, kənd turizminin sosial-iqtisadi, mədəni təsirləri, kənd turizminin təbliğiatı istiqamətində əsas amillər haqqında fikir mübadiləsi aparılıb.


İnfoturun növbəti günündə iştirakçılar Xaçmaz rayonunun Ləcət kənd sakini təsərrüfatçı Amid Xanmetovun təsərrüfatı ilə tanış olublar. A.Xanmetov meyvələrin becərilmə və istehsal üsulları, oradakı şərait və imkanlar haqqında ətraflı məlumat verdikdən sonra infotur iştirakçıları meyvə yığımında iştirak edib və yığdıqları məhsullardan dadaraq, alış ediblər.

           
İnfotur zamanı Xaçmaz Turizm İnformasiya Mərkəzində Xaçmaz rayonunun icra başçısının müavini Araz Rzayev, mərkəzin rəhbəri Vasif Əhmədov, kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə-kəndli təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşün təşkil olunmasında məqsəd yerli əhali ilə infotur iştirakçıları arasında kənd yaşıl turizmi inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, kənd turizminin inkişafını şərtləndirən əsas amillər, kənd evlərində turistlərin qəbulu üçün tələb olunan standartların müzakirəsi və təbliğat işinin artırılması olmuşdur.

İştirakçılar həmçinin Xaçmaz rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzi, açıq səmada altında Şəxsiyyətlər Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Xaçmaz qülləsini ziyarət ediblər.


Qeyd edək ki, "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi iki mərhələdən ibarət olub. Beləki, layihə çərçivəsində 5-7 iyul tarixlərində bir qrup KİV, QHT, Turizm şirkətləri və digər sosial-fəal şəxslər Lerik və Lənkəran rayonlarının tarixi görməli yerlərinə ziyarət edib, müxtəlif kənd təsərrüfatı işlərinə cəlb olunub, kənd həyatı ilə yaxından tanış olublar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi 25 Yanvar 2020, 01:03 Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 11-ə çatdı - VİDEO 25 Yanvar 2020, 01:00 Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTOLAR 25 Yanvar 2020, 00:46 Rusiya XİN-də Qarabağ müzakirəsi 25 Yanvar 2020, 00:29 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı 25 Yanvar 2020, 00:12 35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR 24 Yanvar 2020, 23:47 ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi 24 Yanvar 2020, 23:33 Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO 24 Yanvar 2020, 22:56 Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı 24 Yanvar 2020, 22:22 İslahatlar Naminə Açıq Media Bloku - İNAM yaradıldı 24 Yanvar 2020, 22:03 Beyləqanda  məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb - FOTOLAR 24 Yanvar 2020, 21:46 AMEA-da yeni təyinat 24 Yanvar 2020, 21:29 Məşhur Məmmədov seçicilərə müraciət etdi - VİDEO 24 Yanvar 2020, 21:13 Ərdoğan Merkeli belə sevindirdi - VİDEO 24 Yanvar 2020, 20:53 Türkiyədə yenidən zəlzələ oldu 24 Yanvar 2020, 20:36 Bakıda bank əməkdaşı iş yerində ölüb 24 Yanvar 2020, 20:21 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb 24 Yanvar 2020, 20:06 Azay Quliyev seçicilərin müraciətlərini dinlədi, onları əmin etdi - FOTOLAR 24 Yanvar 2020, 19:54 Neftin qiyməti 60 dollara qədər ucuzlaşdı 24 Yanvar 2020, 19:42 Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb 24 Yanvar 2020, 19:32 Ceyhun Məmmədov Yeni Suraxanıda Cəbrayıllı seçicilərlə - FOTOLAR 24 Yanvar 2020, 19:23 Metroda nasazlıq baş verib, sıxlıq yaranıb 24 Yanvar 2020, 19:15 Azərbaycanda qızıl və gümüş bahalaşıb 24 Yanvar 2020, 19:10 Aİ Britaniyadakı nümayəndəliyinə rəhbər təyin edib 24 Yanvar 2020, 19:04 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı MÜŞAVİRƏ 24 Yanvar 2020, 18:51 Xızıda qumbara və partladıcılar tapılıb - FOTO 24 Yanvar 2020, 18:43 Yeni İrəvan məhəlləsi Musa Urudu qarşıladı - FOTOLAR 24 Yanvar 2020, 18:37 Xırdalanda məktəbliləri vuran sürücü tutulub 24 Yanvar 2020, 18:31 Hadı Rəcəbli 8 kəndin seçicisini bir araya topladı 24 Yanvar 2020, 18:29 Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib 24 Yanvar 2020, 18:20 İqbal Məmmədovun Lerikdə seçicilərlə izdihamlı görüşü keçirilib - FOTO 24 Yanvar 2020, 18:10 İstirahət günlərində hava necə olacaq? 24 Yanvar 2020, 18:02 Mixail Qusman İlham Əliyevə təşəkkür etdi 24 Yanvar 2020, 17:56 Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI 24 Yanvar 2020, 17:50 Məktəbliləri vuran sürücü TUTULDU 24 Yanvar 2020, 17:44
SORĞU Yeni parlamentdə kimlər olsun?