Arxiv
17 İyul 2019, 15:13 | ÖLKƏ
“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları

İyulun 14-də Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçidağ” sahəsində yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib.

 

Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan şəxs iddia edib ki, azərbaycanlı sərhədçilər kilsədən ikonaları icazəsiz götürüblər. Bu səbəbdən dolayı Gürcüstan vətəndaşları azərbaycanlı əsgərin silahını əlindən alıb. Həmin proses videogörüntü şəklində yayılaraq bir neçə gündür ki, geniş müzakirəyə səbəb olub.

 

Yaşanan hadisə ilə bağlı Modern.az-a danışan “Gürcü Arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev bildirir  ki, “Gürcüstanla Azərbaycan arasında həll olunmayacaq məsələ yoxdur”. 

“Baş verən insident arada olan dostluq, qardaşlıq ruhuna uyğun həll edilməlidir. Məsələ ilə bağlı iki tərəfli dövlətlər arasında iş gedir, ekspertlər cəlb olunub. Hadisə beynəlxalq hüquq çərçivəsində, danışıqlar yolu ilə öz həllini tapmalıdır. Mahiyyət etibarilə yaşanan hadisə düşmənlərimizin işidir. Azərbaycan Gürcüstan dostluğunu istəməyən qüvvələr həm daxildə həm də xaricdə mövcuddur. Həmin qüvvələr həmçinin, “Gürcü Arzusu” partiyasına qarşı olan qüvvələrdir. Çünki açıq deyək, bu gün “Gürcü Arzusu” iqtidarı  çox tənqid olunur. Əks qüvvələr aradakı sabitliyi pozmaqla, Gürcüstanın fikrini Abxaziya, Cənubi Osetiya problemindən, Azərbaycanı isə Dağlıq Qarabağ məsələsindən fikrini yayındırmağa nail olmaq istəyir”.

 

Gürcüstanda yaşayan deputat Azər Süleymanov isə hadisə zamanı azərbaycanlı əsgərin təxribata uymamasını alqışlayıb.

“Mən o əsgərə təşəkkür edirəm ki, heç bir provakasiyaya uymadı. Əlində silah olan bir insan qarşı tərəfi düşmən gözü  görə, o silahdan istifadə edə bilərdi. Lakin o əsl əsgər kimi öz borcunu yerinə yetirdi və gərginliyi daha da artırmadı. Hadisədə iştirak edən digər tərəfdən hər kəs öz cəzasını almalıdır.  Dost, qardaş dediyin dövlətin əsgərinin silahını almaq birinci növbədə Gürcüstan üçün təhqirdir. Gürcüstan əhalisi adından həmin əsgərdən, sərhəd qoşunlarından yaşanan hadisə ilə bağlı üzr istəyirəm. İnsidentə artıq üçüncü qüvvələr  də qoşulub. Belə ki, başqa dövlətlərin marağı var ki, yüz illərdir ki, strateji müttəfiq, dost olan iki dövlətin arasına nifaq düşsün. Xüsusilə onu da deyim ki, burada məqsəd həm də Gürcüstanda yaşanan mitinqlərdən diqqəti yayındırmaq, yeni gündəm yaratmaqdır”.

 

Gürcüstan parlamentində digər azərbaycanlı deputatı Ruslan Hacıyev qeyd edir ki,  çoxu şəxsi ambisiyası ilə davranıb və məsələyə ehtiyatla yanaşılmalıdır.

“Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələr çoxdur. İstər Gürcüstanda istərsə də, Azərbaycanda bu qüvvələr yetərincədir və xarici havadarların dəstəyilə hərəkət edirlər. Son insidentdə Azərbaycan sərhədçisinə təşəkkür edirəm  ki, emosianal davranmayaraq, hadisəni rahat ve düzgün şəkildə qiymətləndirərək addım atıb. Ölkələrimiz arasında bizləri tək sərhəd xətti birləşdirmir, bizim Azərbaycanla dəyərli strateji müttəfiqlik  və qardaşlıq münasibətlərimiz var. Əminəm ki, bunu pozmağa çalışanlar  və bu hadisələrdən sui- istifadə edənlər layiqli cavablarını alacaqlar”.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda avtomobil iki şagirdi vurdu - FOTO, VİDEO 24 Yanvar 2020, 01:03 Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb 24 Yanvar 2020, 00:49 Dəhşətli virus daha üç ölkədə aşkarlandı 24 Yanvar 2020, 00:32 Bakıda Hindistanın milli bayramı qeyd edilib 23 Yanvar 2020, 23:57 2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR 23 Yanvar 2020, 23:42 ABŞ İrana qarşı sanksiyalarını genişləndirib 23 Yanvar 2020, 23:26 Leyla Əliyeva bacısını ad günü münasibətilə təbrik etdi - VİDEO 23 Yanvar 2020, 23:11 Ziyad Səmədzadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 22:56 Azay Quliyev 6-cı mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 23 Yanvar 2020, 22:45 Hicran Hüseynovanın seçicilərlə növbəti uğurlu görüşü - FOTOLAR 23 Yanvar 2020, 22:30 Virusdan ölənlərin sayı 18 nəfərə çatıb 23 Yanvar 2020, 22:14 Böyük Bəhmənli sakinlərindən Vüqar Bayramova yüksək etimad - FOTOLAR 23 Yanvar 2020, 21:56 Restoranda içkili vəziyyətdə dava salan nazir 23 Yanvar 2020, 21:41 Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu 23 Yanvar 2020, 21:28 Vilayət Eyvazovdan yeni TƏYİNAT 23 Yanvar 2020, 21:17 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 23 Yanvar 2020, 21:01 ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı 23 Yanvar 2020, 20:37 “Xəşəxuna”ya qaz verildi 23 Yanvar 2020, 20:18 Kraliça “Brexit” sazişini təsdiqlədi 23 Yanvar 2020, 20:01 Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira 23 Yanvar 2020, 19:48 İqbal Məmmədov seçiciləri ilə fərdi söhbət etdi - FOTO 23 Yanvar 2020, 19:39 Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO 23 Yanvar 2020, 19:30 Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu 23 Yanvar 2020, 19:22 XİN: “Ermənistan uydurma təbliğat aparır” 23 Yanvar 2020, 19:15 Tələbələr arasında vətənpərvərliklə bağlı müsabiqə elan olundu 23 Yanvar 2020, 19:07 Azər Kərimli Qaxda gənclərlə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 18:59 Avtovağzalda oxu məntəqələri yaradıldı - FOTO 23 Yanvar 2020, 18:50 İcra başçısı hesabatı dinlədi - FOTO 23 Yanvar 2020, 18:42 Xarici Kitabxana ilə əməkdaşlıq - FOTO 23 Yanvar 2020, 18:34 Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb  23 Yanvar 2020, 18:28 Hadi Rəcəbli 9 kənddə görüşlər keçirib - FOTO 23 Yanvar 2020, 18:21 Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına BAŞLADI 23 Yanvar 2020, 18:14 Namizədliyini geri götürən Mais Səfərli: “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” 23 Yanvar 2020, 18:07 Prezident İlham Əliyev tanınmış həkimlə bağlı sərəncam verdi 23 Yanvar 2020, 18:00 Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI 23 Yanvar 2020, 17:53
SORĞU Yeni parlamentdə kimlər olsun?