Modern.az

Jurnalistlər üçün tikilən 3-cü bina gələn il təhvil verilə bilər

Jurnalistlər üçün tikilən 3-cü bina gələn il təhvil verilə bilər

Aktual

19 İyul 2019, 13:18

"İndiyə qədər Dövlət Büdcəsindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 41 milyon manatdan çox pul ayrılıb".

 

Modern.az xəbər verir ki, bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. Vüqar Səfərli bildirib ki, jurnalistlər üçün 2 bina tikilərək istifadəyə verilib.

 

O deyib ki, həmin binalarda 411 jurnalist yaşayır:

 

"Mediaya göstərdiyi dəstəyə görə mətbuat nümayəndələri adından Azərbaycan Prezidenti Ilham Əliyevə təşəkkür edirəm. Azərbaycan mətbuatına dövlət dəstəyi bundan sonra da davam edəcək. Jurnalistlər üçün tikilən üçüncü yaşayış binasının gələn il Mətbuat Günündə təhvil verilməsi nəzərdə tutulur”-deyə V.Səfərli bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar