Arxiv
22 İyul 2019, 14:05 | AKTUAL
Zərdabi niyə müəllim oldu?  

Və ya Salberqin Fin  hekayəsi…

Biz adətən fin təhsilindən danışmağı xoşlayırıq. Niyə? Bunlar çoxdu. Axundzadə məşhur komediyalarında funksional savadlılıqla mübarizə aparanda Fin kilsəsi oxuyub yazmağı bacarmayan finlinin evliliyini qadağan edirdi. Bunu Fin dərslərinin müəllifi Pasi Salberq deyir.

 Və həmin tarixdən təxminən 50-60 il  sonra Azərbaycanın mütəfəkkir insanı Zərdabi  Rusiyada ali riyaziyyat təhsili alaraq Bakı Realnı Gimnaziyasının təbiət tarixi və riyaziyyat fənləri üzrə müəllimi olmuşdu. Zərdabinin müəllimliyi onun qəzet naşirliyindən heç də az əhəmiyyət kəsb etmirdi. Bu dövrdə həm də Qori məzunları Azərbaycanın  bölgələrində müəllimliklə məşğul idilər. Elə həmin məzunlardan biri, böyük bəstəkar Üzeyir bəy həm Qarabağda, həm də Bayılda  hesabdan dərs deyirdi. 

Elə finlərin mənəvi atası Snelman da Finlandiyanı bucaq-bucaq gəzərək milləti üçün müəllimlik edirdi. Bu işi Azərbaycanda Zərdabi, Üzeyir bəylə yanaşı, Mirzə Cəlil, Sabir, Şaxtaxtlı, Ağaoğlu da edirdi. Onların mənəvi  dühası ilə Cümhuriyyət quruldu, millət quruculuğu başladı. 

Məşhur ingilis təhsilşünası Maykl Barber deyir ki, hər bir təhsil sisteminin gücü onun müəllimini gücünə bərabərdir. Bu ifadəni Bismarksayağı genişləndirsək “hər bir millətin gücü onun müəlliminin gücünə bərabərdir”. Bu gün daha çox iqtibaslar gətirdiyimiz almanı da, yaponu da tarixdə güclü edən onun müəllimi olub.

Məsələn, 1870-1871-ci illərdə Fransa-Prusiya müharibəsində fransızların məğlubiyyətə uğrama səbəbini məşhur fransız mütəfəkkirləri Lui  Paster, Ernest  Renan, Emil Zolya almanların müəlliminin keyfiyyət fərqində görürdülər. 

Müəllim təkcə öyrədəndimi?

Bu suala birmənalı cavab yoxdur. Ancaq həm də var. Məsələn, məşhur Azərbaycan müəllimi Azad Mirzəcanzadənin ifadəsi ilə desək, müəllim həm də öyrənəndir. Müasir təhsil tədqiqatlarına baxsaq, bunu təsdiq edə bilərik. İndi bilik öyrətmək üçün təkcə müəllimə ehtiyac yoxdur. Cibimizdə gəzdirdiyimiz “Google” müəllimdən və hətta hər kəsdən daha çox bilir. Bəs onda müəllim nə etməlidir? Yeni dövrün müəllimi məşhur təhsil viziyoneri Ken Robinsonun ifadəsi ilə desək,  daha çox “ilhamlandıran, özünə əminlik yaradan və yaradıcı olmağı düşündürən” müəllimdir. Həm də “dizayn təfəkkür” formalaşdıran müəllim olmalıdır.

 Yaxşı məktəb, yoxsa yaxşı müəllim?

Yaxşı məktəbi yaxşı müəllim yaradır. Biz hələ  müəllif (oxu-müəllim) məktəbindən danışmırıq. Əgər məktəbə yeni gələn müəllimi mühit motivasiya edirsə, daxilən müəllim keyfiyyətlərinə malikdirsə, ondan “peşəkar  sönmə” baş vermir.Və obrazlı desək o məktəbi, öyrənəni “alov”landırır.

Haradan başlamalı?

  Medianın ən böyük müəllimi olan Zərdabinin deyimi olmasın, müəllimi asan yetişdirmək olmur. Onu tam filtrdən keçirmək lazımdır. Əslində media bir çox hallarda tənqid etsə də, son illərin müəllim seçimi də ən azı  buna hesablanıb. Biz kifayət qədər mürəkkəb gələcəyin müəllimini o qədər  filtrdən keçirməliyik ki, “qeyri-müəyyən  gələcəyi” daha müəyyən görə bilək.  Sonuncu cümləni ifadə edərkən bir çox hallarda media başlıqlarına çevrilən cümlələr  diqqətimi çəkdi: “Müəllim olmaq istəyənlərə çətin suallar verilib”, “Namizədlər masada çarpaz əyləşiblər” və sair.

Müəllim  Frensis Fukuyamanın ifadəsi ilə desək, “milli quruculuğu”  (“nation-building”) həyata keçirən peşə sahibləridir. Ən azı biz son iki həftədə bu işə uyğun gələn müəllimləri  seçirik. İnanıram ki, seçə bilirik. Bir çox halda XXI əsrin müəlliminin seçimindən danışmıram. Çünki bu, kifayət qədər mürəkkəb məsələ kimi görünür. Hətta bir çox hallarda süni zəka bu işə alternativ olmaq istəyir. İddiaları isə zaman təsdiq edir.

... Ancaq müəllim həmişə müəllim olub. Bu antik dövrdə Platonunun da, Nyutonun da, elə ötən şənbə riyaziyyat müəllimliyi imtahanında 59 bal qazanan Familin  timsalında da  belədir. Və belə də olacaq..

P.S. Sual- Niyə müəllim imtahanları kompüterlə aparılır, kağızla yox?

Cavab- Onda niyə həyatımızı app-lar idarə edir. Gəzəndə addımımızı telefon ölçür, maşında yolumuzu naviqasiya göstərir, hətta “smart watch” ürək döyüntülərimizə nəzarət edir. Rəqəmsal gələcəyin müəllimini ən azı klavişlə test etmək vacibdir. Özü də cavabını anındaca biləndə. Elə deyilmi?

Cəsarət Valehov/Fəlsəfə doktoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38 Bakıda 14 yaşlı qızı maşın vurdu 18 Yanvar 2020, 14:35 Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı 18 Yanvar 2020, 14:13 Qeyri-millətlərdən olan deputatlığa NAMİZƏDLƏR 18 Yanvar 2020, 13:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   18 Yanvar 2020, 13:34 Sabahın hava proqnozu: yağış, qar, güclü külək... 18 Yanvar 2020, 13:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ 18 Yanvar 2020, 13:21 Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54 Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü 18 Yanvar 2020, 12:49 “Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28 MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb 18 Yanvar 2020, 12:17 Milli Oftalmologiya Mərkəzində həkim pasiyenti döyüb? - AÇIQLAMA 18 Yanvar 2020, 12:02 Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 11:54 Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO 18 Yanvar 2020, 11:26 Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO 18 Yanvar 2020, 11:17 Trampdan Xamneyiyə: “Mənim sözlərimə diqqət yetir” 18 Yanvar 2020, 11:14 Yaşadan Rəşadın şad gününə... 18 Yanvar 2020, 11:06 Novruz Aslanov təşviqatını ucqar dağ kəndlərindən başladı - FOTOLAR 18 Yanvar 2020, 10:52 Azərbaycanlı tələbə İtaliyada itkin düşdü 18 Yanvar 2020, 10:47 Gürcüstan parlamentində komitə sədri olan azərbaycanlı tələbə: “Soydaşlarımıza  dəstək olmağa çalışırıq” 18 Yanvar 2020, 10:38 Kamran Bayramov seçicilərlə ilk görüşünü keçirib - FOTOLAR 18 Yanvar 2020, 10:29 Bu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏR 18 Yanvar 2020, 10:17 QHT sədri yol qəzasında ÖLDÜ 18 Yanvar 2020, 10:07 Dövlət İmtahan Mərkəzinə əlavə səlahiyyət VERİLDİ 18 Yanvar 2020, 10:05 Oğuzda inzibati bina YANDI 18 Yanvar 2020, 09:59 Xalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞU 18 Yanvar 2020, 09:47
SORĞU Yeni parlamentdə kimlər olsun?