Arxiv
23 İyul 2019, 00:45 | AKTUAL
23 iyul tarixinin nə günahı var?

Vüqar Tofiqli


Yenə 23 iyul tarixi, Ağdamın erməni silahlı dəstələri tərəfindən işğal edildiyi gün gəldi. Hər ilin bu günü gələndə hər bir Ağdam rayon sakini üçün 26 il əvvəlki gün yada düşür. Sanki elə fikir yaranır ki, bütün günahlar elə bu günün  özündəymiş. Amma belə deyil...

Yəqin ki, zaman-zaman bizlərə bu ağrılı-acılı tarixi yaşadanlar barədə də  tarixi günlər gələcək. Kimin kim olduğunu, erməni separatçılarının və erməni xislətli insanların daxili dünyası açılacaq, hər kəsə öz layiqli qiyməti gec də olsa veriləcəkdir.

Təsadüf kimi, əzəmətli bir qalanın – Şuşanın süqutunun səhəri günü Qələbə gününü, Mətbuat gününün ertəsi günü isə Ağdamın işgal gününü qeyd etməli oluruq. Bəlkə də bizim üçün bu da bir sınaqdır. Amma bu günlərin heç bir günahı yoxdur, məncə.

Beləliklə, 23 iyul tarixindən bir gün əvvəl bizim qələm əhlinin bayramını keçirdik. 1993-cü ildə bu bayramın necə və hansı ab-havada keçirildiyi yadıma gəlmir. Amma təxmin edirəm ki, heç keçirilməyib. Çünki 1993-cü ilin həmin günləri  hər birimizə çox gərgin anlar və ağrılı məqamları  yaşadırdı. Nə isə.

Artıq o ildən 26 il keçir. Yenə deyəcəyik ki,  inşallah gələn ilin bu vaxtını doğma Ağdamımızda keçirmək bizlərə qismət olsun. Və daha nələri ürəklə söyləyəcəyik...

Sözsüz ki, içi özüm qarışıq bəzən ağdamlığımıza salıb nətər pafosla danışırıqsa, açığı elə hiss edirəm ki, gedib şəhəri bir dəfə dolanıb gəlmişəm. Bəlkə elə, belə pafoslu danışıqla özümüzü bir təhər aldatsaq da, sonda sanki rahatlaşmış oluruq.  Nə etməli...

Daha bir  ili də  Ağdamsız, Qarabağsız yola verdik. Hələ daha neçə ili beləcə, bəlkə də boş-boşuna yola verəcəyik. Bilinmir.

Sözsüz ki, biz qələm əhli müəyyən məlumatın içərisində olsaq da, aysberqin görünməyən tərəfini görməyə çalışsaq da, görə bilmirik. Siyasi meydanda yeni mübarizədən xəbərsizik. İş gedir, mübarizə gedir, ordumuz hər zaman döyüşə hazırdır, qələbə ruhu artıb. Bu həqiqətən belədir. Ölkəmiz 26 il əvvəlki deyil. Hər tərəfli inkişaf görünməkdədir.

Amma...

Mən bu il də Ağdama, Şuşaya gedə bilmədim. Bu il də gedə bilməsəm, bəs nə vaxt gedə biləcəyəm? Axı mən bundan sonra heç olmasa öləziməkdə olan enerjimi Ağdamın, Qarabağın bərpasına sərf etmək istəyirəm. Bəs mənim bu istəyim nə vaxt gerçəkləşəcək? Özü də tək mənim yox, bütün Azərbaycanı sevən hər şəxsin  ürəkdən istəyidir bu. Yəqin ki o günə az vaxt qalır. Yəqin...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tramp G7 liderləri ilə Rusiyaya görə dalaşdı 26 Avqust 2019, 12:58 Azərbaycanın 7 rayonunda yanğın olub - Nazirlikdən AÇIQLAMA   26 Avqust 2019, 12:57 Sabahın hava PROQNOZU 26 Avqust 2019, 12:54 Azercell uşaqları və məcburi köçkünləri sevindirdi 26 Avqust 2019, 12:54 İndoneziya sahillərində yük gəmisi yoxa çıxıb 26 Avqust 2019, 12:16 Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər təlimlərə cəlb olunur 26 Avqust 2019, 12:06 “Bu il 5 yaşında olan uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına qəbul olunacaq” 26 Avqust 2019, 11:47 Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik HAQQINDA 26 Avqust 2019, 11:26 Ermənilər Kəlbəcərin ən yüksək zirvəsindən FOTOLAR yaydılar 26 Avqust 2019, 11:24 “Azərenerji ASC “Şəmkir” SES-də təmir-bərpa işləri aparır 26 Avqust 2019, 11:21 Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL 26 Avqust 2019, 11:16 Qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib 26 Avqust 2019, 11:00 Bir şəklin tarixçəsi: Xomeyninin dəfnindəki DƏHŞƏTLİ HADİSƏ - Tabutu niyə 3 dəfə yerə düşdü... 26 Avqust 2019, 10:59 Nazirlik restoranlarda yenidən monitorinq keçirdi - Tüstüyə görə 26 Avqust 2019, 10:58 Qaraçuxur və Suraxanı qəsəbələrində su kəsiləcək 26 Avqust 2019, 10:50 Məktəbə BirKart-la hazırlaş! 26 Avqust 2019, 10:47 Bakıda jurnalisti DÖYDÜLƏR - FOTO 26 Avqust 2019, 10:30 Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi - FOTOLAR 26 Avqust 2019, 10:20 Prezidentdən Allahşükür Paşazadədoğum günü TƏBRİKİ 26 Avqust 2019, 10:19 Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır   26 Avqust 2019, 10:14 İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi 26 Avqust 2019, 10:12 ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib 26 Avqust 2019, 10:07 55 illik ömrün ANLARI - FOTOLAR 26 Avqust 2019, 10:04 “Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır” 26 Avqust 2019, 10:01 Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR 26 Avqust 2019, 10:00 Ermənilər atəşkəsi 20 dəfə pozdu 26 Avqust 2019, 09:56 Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı 26 Avqust 2019, 08:23 Manat və dolların bugünkü məzənnəsi 26 Avqust 2019, 08:11 Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44