Arxiv
23 İyul 2019, 15:18 | AKTUAL
Şirvanın su təchizatı yaxşılaşdırılır

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Respublikanın mühüm sənaye şəhərlərindən olan Şirvanda istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. 

 

Modern.az xəbər verir ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişaf və əhali artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən, 200-1000 mm diametrli borularla 230 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Ötən il layihə çərçivəsində Şirvan şəhərinin Heydər Əliyev prospekti və Xaqani küçəsində 3,1 km uzunluğunda əsas daşıyıcı kanalizasiya kollektorlarının tikintisi aparılıb.

 

2019-cu ildə dövlət investisiya layihəsi çərçivəsində isə şəhərdə 9 km kanalizasiya xəttinin inşası nəzərdə tutulub. Şirvan şəhərində 1950-ci illərdə tiklmiş kanalizasiya xətlərinin istismar müddətini başa vurması nəzərə alınaraq 600-400 mm diametrli borularla yeni kanalizasiya kollektorunun layihəsi işlənib. Artıq 9 km uzunluğunda olan kanalizasiya xətlərinin 50 faizinin tikintisi başa çatdırılıb. Yeni kollektorlar istismara verildikdən sonra mövcud şəbəkələr bu xətlərə birləşdiriləcəck və tullantı suların toplanıb kənarlaşdırılmasında yaranan çətinliklər aradan qaldırılacaq.  

 

Şirvan şəhərindəki hündür mərtəbəli yaşayış binalarının zirzəmilərində antisanitar vəziyyətin aradan qaldırılması, zirzəmilərdə toplanmış tullantı sularının kənarlaşdırılması üçün də lazımi işlər görülür. Ötən il 14 binanın zirzəmisi təmizlənib və həmin binaların şəbəkə kanalizasiya xətləri yenilənib.  Yeni kanalizasiya xətlərinin çəkildiyi bina və fərdi yaşayış evlərinin yerləşdiyi küçələrdə köhnə kanalizasiya sistemi ləğv edilir, yeni xətlər şəbəkəyə birləşdirilir. Bütün bu işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. 

 

Qeyd edək ki, ötən dövrdə Şirvan şəhərinin içməli su infrastrukturunun yenilənməsi sahəsində də layihələr icra edilib. Kür sutəmziləyici qurğular kompleksində təmizlənən suyun bir hissəsinin Şirvan-Muğan qrup su kəməri vasitəsilə Şirvan, Salyan və Biləsuvar şəhərlərinə verilməsi təmin edilib.  Eyni zamanda, şəhərdaxili magistral xətlərin və paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi 25 Yanvar 2020, 01:03 Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 11-ə çatdı - VİDEO 25 Yanvar 2020, 01:00 Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTOLAR 25 Yanvar 2020, 00:46 Rusiya XİN-də Qarabağ müzakirəsi 25 Yanvar 2020, 00:29 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı 25 Yanvar 2020, 00:12 35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR 24 Yanvar 2020, 23:47 ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi 24 Yanvar 2020, 23:33 Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO 24 Yanvar 2020, 22:56 Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı 24 Yanvar 2020, 22:22 İslahatlar Naminə Açıq Media Bloku - İNAM yaradıldı 24 Yanvar 2020, 22:03 Beyləqanda  məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb - FOTOLAR 24 Yanvar 2020, 21:46 AMEA-da yeni təyinat 24 Yanvar 2020, 21:29 Məşhur Məmmədov seçicilərə müraciət etdi - VİDEO 24 Yanvar 2020, 21:13 Ərdoğan Merkeli belə sevindirdi - VİDEO 24 Yanvar 2020, 20:53 Türkiyədə yenidən zəlzələ oldu 24 Yanvar 2020, 20:36 Bakıda bank əməkdaşı iş yerində ölüb 24 Yanvar 2020, 20:21 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb 24 Yanvar 2020, 20:06 Azay Quliyev seçicilərin müraciətlərini dinlədi, onları əmin etdi - FOTOLAR 24 Yanvar 2020, 19:54 Neftin qiyməti 60 dollara qədər ucuzlaşdı 24 Yanvar 2020, 19:42 Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb 24 Yanvar 2020, 19:32 Ceyhun Məmmədov Yeni Suraxanıda Cəbrayıllı seçicilərlə - FOTOLAR 24 Yanvar 2020, 19:23 Metroda nasazlıq baş verib, sıxlıq yaranıb 24 Yanvar 2020, 19:15 Azərbaycanda qızıl və gümüş bahalaşıb 24 Yanvar 2020, 19:10 Aİ Britaniyadakı nümayəndəliyinə rəhbər təyin edib 24 Yanvar 2020, 19:04 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı MÜŞAVİRƏ 24 Yanvar 2020, 18:51 Xızıda qumbara və partladıcılar tapılıb - FOTO 24 Yanvar 2020, 18:43 Yeni İrəvan məhəlləsi Musa Urudu qarşıladı - FOTOLAR 24 Yanvar 2020, 18:37 Xırdalanda məktəbliləri vuran sürücü tutulub 24 Yanvar 2020, 18:31 Hadı Rəcəbli 8 kəndin seçicisini bir araya topladı 24 Yanvar 2020, 18:29 Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib 24 Yanvar 2020, 18:20 İqbal Məmmədovun Lerikdə seçicilərlə izdihamlı görüşü keçirilib - FOTO 24 Yanvar 2020, 18:10 İstirahət günlərində hava necə olacaq? 24 Yanvar 2020, 18:02 Mixail Qusman İlham Əliyevə təşəkkür etdi 24 Yanvar 2020, 17:56 Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI 24 Yanvar 2020, 17:50 Məktəbliləri vuran sürücü TUTULDU 24 Yanvar 2020, 17:44
SORĞU Yeni parlamentdə kimlər olsun?