Modern.az

Türkiyə BTQ ilə daşımaların həcmini artırır

Türkiyə BTQ ilə daşımaların həcmini artırır

Dünya

23 İyul 2019, 23:46

“Türkiyənin hədəfi Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daşımaların həcminin artırılmasına nail olmaqdır”.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bunu “Türkiyə Dövlət Dəmiryolları” şirkətinin baş direktoru Əli İhsan Uyğun Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Gürcüstana ilk yük qatarının yola salınması mərasimində deyib.

O, BTQ ilə Türkiyədən Gürcüstana müxtəlif sənaye məhsullarının daşınacağını bildirib:

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımaları artırmaq məqsədilə dost və qardaş Gürcüstanla yaxın əməkdaşlıq həyata keçirilib. Bu gün Gürcüstana ilk yük qatarı yola salınıb. Bundan sonra Gürcüstana illik 120 min ton dəmir filizi daşınacaq”.

Ə.İ.Uyğun bildirib ki, Türkiyə BTQ dəmir yolu layihəsinin həyata keçirilməsinə böyük önəm verir:

“2017-ci ildə istifadəyə verilən bu xətt üzərindən Türkiyə, Azərbaycan və Qazaxıstan arasında yük daşımaları reallaşdırılıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir