Modern.az

Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi

Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi

24 İyul 2019, 10:03

Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu səbəbdən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib:

“Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.  Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir”-deyə bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı