Arxiv
24 İyul 2019, 15:58 | DİASPOR
Fuad Abbasovsuz Rusiya kanalları – onu əvəzləyən başqa azərbaycanlı yoxdur

2019-ci il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov uzun prosesin nəticəsində Azərbaycana deportasiya edildi. Çünki Moskva Şəhər Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq icazəsini ləğv etmişdi.

 

Xatırladaq ki, Fuad Abbasov 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması hadisəsi geniş ictimaiyyət tərəfindən tanınmağa başlayıb. O zaman Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Bundan sonra iki dövlət arasında gərginlik artırdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu.

 

Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edirdi. Həmçinin onun fərdi sosial şəbəkə hesablarının izləyici sayı çox olduğundan Rusiyada yaşayan məşhur azərbaycanlılar sırasında adı hallanırdı.

 

Bu baxımdan Fuad Abbasovun ölkəmizə deportasiyası geniş müzakirələ səbəb oldu. İctimaiyyəti isə bu sual daha çox düşündürürdü: Rusiya efirlərində daim Azərbaycan və Türkiyənin mövqeyindən çıxış edən Fuad Abbasovu kim əvəz edəcək?

 

Bununla bağlı Modern.az-a danışan Rusiyanın Surqut şəhərindəki Azərbaycan icmasının sədri Azad Seyidov hələlik F.Abbasovu heç kimin əvəz etmədiyini söylədi. Onun fikrincə, Rusiyada F. Abbasov qədər geniş auditoriyası olan azərbaycanlı jurnalist yoxdur:

 

“Azərbaycan diasporunun Rusiyadakı fəaliyyəti kifayət qədər aktivdir. Buna rəğmən, yerli diaspor təşkilatlarının əksəriyyətinin nüfuzlu informasiya resurslarına, televiziya kanallarına, informasiya agentliklərinə çıxışı yoxdur.

Diaspor sədrlərinin bir çoxu ümumiyyətlə mətbuat orqanları ilə işləmir. Bu cəhətdən Fuad Abbasov kimi özünün aktiv “Youtube” kanalı olan, auditoriyası geniş şəxslərin yeri görünür. Təəssüf ki, jurnalistin başına belə bir iş gəldi. Ola bilər, yuxarı dairələrlə anlaşılmazlıq yaşadı, yaxud kimi isə çox tənqid etdiyinə görə, F. Abbasova qarşı sərt addım atdılar. Düşünürəm ki, Fuad Abbasov yuxarı dairələri tənqid edərkən bir qədər diqqətli olmalı idi. Onun deportasiya edilməsi bizim bu qədər lazımlı bir azərbaycanlını itirməyimizlə nəticələndi”.

 

A.Seyidov Rusiyanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən diaspor sədrlərinin gördüyü işlərə də toxunub:

 

“Diaspor sədrləri olaraq, boynumuza düşən əsas vəzifələrdən biri yerli hakimiyyət orqanları ilə sıx əlaqə yaratmaqdır. Xüsusilə, Rusiyada azərbaycanlıların hüquqlarını qorumaq, onların problemləri ilə sıx məşğul olmaq tapşığı alırıq ki, bu da gündəlik məsələlərdir.

 

Diaspor sədrlərinin ən çox diqqət ayırdığı məqamlardan biri də Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırmaq, insanlar arasında yaymaqdır. Bu istiqamətlərdə əlimizdən gələni edirik. Ola bilər, kimi az, kimi yaxşı şəkildə işinin öhdəsindən gəlir. Biz həm gənclərlə aktiv işləyirik, sosial məsələlərdə aktiv olmağa çalışırıq. Buna baxmayaraq, dediyim kimi, hələlik Moskva və federal səviyyədə Fuad Abbasovu əvəz edən geniş portallar demək olar, yoxdur. Yəqin ki, payız aylarında, Ümumrusiya Azərbaycanlıları Konqresinin əvəzinə yeni yaradılacaq diaspor təşkilatı bu sahədə də böyük işlər görəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Torqovı”dakı biabırçılığı necə aradan qaldırmalı… - Deputat: “İnanmaram ki, bizim qızlar bir yöndəmsiz ərəblə...” 19 Avqust 2019, 15:47 Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - İcra nümayəndəsindən AÇIQLAMA 19 Avqust 2019, 15:17 Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI 19 Avqust 2019, 15:10 Bu rayonlara qaz verilişində problem yaranacaq 19 Avqust 2019, 15:06 İcra başçısı vətəndaşların müraciətlərinə reaksiya verdi 19 Avqust 2019, 14:52 İrəvan xanları nəslinin nümayəndəsi Azərbaycana gəldi 19 Avqust 2019, 14:47 Balaxanı Mədəniyyət evi konsert təşkil etdi - FOTOLAR 19 Avqust 2019, 14:43 Sabiq deputata ağır itki üz verdi 19 Avqust 2019, 14:36 “Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı 19 Avqust 2019, 14:27 Hamını yoxlayan Hesablama Palatasının özünü kim yoxlamalıdır?... 19 Avqust 2019, 14:12 Mədə-bağırsağındakı ağrılardan əsəbləşib polisə yalan xəbər verdi 19 Avqust 2019, 14:03 Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ 19 Avqust 2019, 13:42 Türkiyədə təhsil alacaq jurnalist qızı: “Çalışacam ki, valideynlərimin ümidini doğruldam” - MÜSAHİBƏ 19 Avqust 2019, 13:10 Sabah Bakıda temperatur daha da YÜKSƏLƏCƏK 19 Avqust 2019, 13:08 Keçmiş müsavatçı Arif Hacılını HƏDƏF ALDI: “Partiyanı uçuruma apardı” 19 Avqust 2019, 12:55 DİQQƏT! Sabah Bakının bu küçələrində yol bağlanacaq 19 Avqust 2019, 12:41 “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb 19 Avqust 2019, 12:40 Deputatdan oğlunun tutulması xəbərinə REAKSİYA 19 Avqust 2019, 12:36 İnam Kərimov Beyləqanda vətəndaşları qəbul edəcək 19 Avqust 2019, 12:33 Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - FOTO 19 Avqust 2019, 12:12 Nazir və nazir müavinləri Cənub bölgəsinə gedirlər 19 Avqust 2019, 12:08 AQTA maarifləndirir: Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli? 19 Avqust 2019, 12:06 Direktor müavini işləmək istəyənlər üçün vakansiya seçimi başladı 19 Avqust 2019, 12:03 Azərbaycanda 250 ailə üçün meyvə bağları salınır 19 Avqust 2019, 11:46 Vəzifəli şəxs 3000 manat cərimələndi 19 Avqust 2019, 11:44 Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub - FOTOLAR 19 Avqust 2019, 11:35 Təhsil şöbəsinin müdiri işdən çıxarılıb 19 Avqust 2019, 11:16 “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI 19 Avqust 2019, 11:09 Tramp: “İranlılar çox məğrur millətdir amma ...“ 19 Avqust 2019, 11:00 “Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... 19 Avqust 2019, 10:45 Deputatın oğlu və 5 qohumu saxlanıldı  19 Avqust 2019, 10:41 “Qaçqınkom”un Nərimanov və Sabunçu üzrə sektor müdirləri cəzalandırıldı 19 Avqust 2019, 10:34 Ermənistan atəşkəsi 23 dəfə pozub 19 Avqust 2019, 10:25 Şəmkirdə ərinin yandırdığı arvad Bakıda öldü - FACİƏ 19 Avqust 2019, 10:05 Bu gün abituriyentlərin elektron ixtisas seçimi başa çatır 19 Avqust 2019, 10:04