Modern.az

Ey müsəlmanlar, heyvanlarınızı dəfn edib, başdaşı qoymayın – İlahiyyatçılardan XƏBƏRDARLIQ

Ey müsəlmanlar, heyvanlarınızı dəfn edib, başdaşı qoymayın – İlahiyyatçılardan XƏBƏRDARLIQ

25 İyul 2019, 10:34

Bəzi insanlar saxladıqları heyvanlar öləndən sonra onları basdırır. Bəs İslam dini heyvanların dəfninə necə baxır?

 

İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a deyib ki, dəfn adətlərinə görə heyvanlara qoyulan dəyər, insanlar verilən dəyər qədər olmamalıdır.

“İnsan bu dünyadan gedəndə ona bir neçə şey vacibdir”.

 

Hacı Surxayın sözlərinə görə cənazə namazının qılınması, qüsul verilməsi,ckəfənin geydirilməsi vacib əməllərdən hesab olunur.

 

“Din də buna çox böyük əhəmiyyət verir. Bu əməllər müsəlmanlığın son anda yada salınması üçün bir fürsətdir. Bu ondan irəli gəlir ki,insan bütün varlıq aləminin şah əsəridir. Allah insanı şah əsər olduğuna görə doğuluşdan dünyadan gedənə qədər izzətli olmasını istəyir”.

S.Məmmədli qeyd edib ki, heyvanlar üçün əsas şərt  üzünü qibləyə çevirməklə “Bismillah”deyərək boğazında 4 damarının kəsilməyidir.

“Hər hansı bir heyvanı kəfənləyərək dəfn etmək yolverilməzdir. Kəfən insana aid olan birşeydir. Hətta heyvana baş daşı qoyurlar, bu yalnış bir yanaşmadır.

Bilirsiniz sosial şəbəkələrdə, mətbuatada söylənilən yanlış informasiyalar insanlarda bəzən çaşqınlıq yaradır. Elə insanlar var ki, bir heyvanı o qədər müqəddəsləşdirir ki, öləndə də bu cür addımlar atır.Ancaq dini baxımından bu yolverilməz hal hesab olunur. Düzdür “Qurani -Kərim” heyvanların qorunmasına xüsusi əhəmiyyət verir. Ancaq onu gətirib insan səviyyəsinə çatdırmaq absurd bir şeydir.

 

Bəzi ölkələr var ki, heyvanpərəstdirlər heyvanı müqəddəs hesab edirlər, kəsilməsinə belə icazə vermirlər.Təbii ki, bu hal müsəlmanlığa xas olmayan bir şeydir. Heyvan canlı ola bilər, amma ona inanmaq, onu insan kimi dəfn etmək dində də birmənalı şəkildə yolverilməz hal hesab  olunur”.

Dinşünas Elvüsal Məmmədov da məsələyə aydınlıq gətirib. O bildirib ki, dində heyvanlara başdaşı qoymaq, kəfənləyərək dəfn etməklə bağlı bir şey göstərilməyib.

 

“Din elə bir anlayışdır ki,ordakı hökmləri ya Allah, ya da onun elçiləri müəyyənləşdirir. Əgər nə Allah tərəfindən, nə də onun elçiləri tərəfindən belə bir göstəriş gəlməyibsə, onu din adına etmək düzgün deyil. İslam dini bu hala qarşı çıxır.Bu məsələnin ehkam tərəfidir”.

Baxış məsələsinə gəlincə isə, ilahiyyatçı söyləyib ki, bu cür hallara əl atmanın kökündə ölüm və naqislik dayanır.

 

“İnsan şüurlu bir varlıqdır.O bilməlidir ki, bu cür hərəkət etməklə onun heyvana heç bir faydası olmayacaq.

 

Bir atalar sözü var “Ölənə qədər kor Fatma, öləndən sonra badam gözlü”. Kiminsə xidmətində dayanmaq istəyiriksə, həyatda olan zaman etmək lazımdır”.

 

Jalə Mehdi

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi