Arxiv
31 İyul 2019, 15:12 | İQTİSADİYYAT
Bakıda 15 min manata kirayə bağ evi verilir

“Kirayə mənzil bazarı hər il əvvəlki illərlə müqayisədə daha çox qiymət artımı ilə yadda qalır”.

 

Bu sözləri Modern.az-a açıqlamasında əmlak məsələləri  üzrə ekspert Ramil Osmanlı bildirib.

Ekspert bildirib ki, bunun da əsas səbəbi şəhərsalma ilə, infrastrukturla əlaqədar kirayə mənzil bazarında təklif portfelinin həcminin daralmasıdır.

 

“Kirayə mənzil bazarında təklif portfelinin əsas hissəsini təşkil edən ərazilərin bir çoxu söküntülərə məruz qalır. Bununla da təklif portfeli azalır. Bu da qiymətin artımına gətirib çıxarır. Hələ ki tələbələrin qayıtması prosesi başlamayıb, ona görə də qiymətlər stabildir. Yəqin ki, avqustun ikinci 10 günlüyündən sonra qiymətlərin artımını müşahidə edəcəyik”.

 

R.Osmanlının sözlərinə görə, kirayə mənzillərin seqmentləri fərqlidir.

 

“Elə mənzillər var ki, gündəlik kirayə üçün istifadə edilir. Bunlar daha çox mərkəzə yaxın ərazilərdə olur və turistlər üçün nəzərdə tutulur. Həmin yerlərdə turist axınının baş verdiyi vaxtlarda qiymətlərin dəyişməsi müşahidə edilir. Şəhər mərkəzində qismən yaxın olan ərazilərdə də qiymətlərin müəyyən qədər artımı müşahidə edilir. Mikrorayonlar, Qara Qarayevdən üzü Əhmədliyə qədər olan ərazilər, Binəqədi rayonunun müxtəlif yerləri, Yeni Yasamal və başqa ərazilərdə artım daha çox axın olan vaxt qeydə alınır.  Tələbələr rayonlara axın etdikdə qiymətlər ucuzlaşır, Bakıya qayıdanda isə bahalaşır”.

 

Ekspert deyib ki, bağlarda kirayə qiymətləri 3 dəfəyə qədər artıb.

 

“Dənizkənarı ərazilərdə, bağlarda kirayə qiymətləri mövsümə uyğun olaraq bahalaşıb. Bu proses müvəqqəti dövrü əhatə edir, yaxın zamanlarda bağlarda kirayə qiymətlərinin ucuzlaşmasını müşahidə edəcəyik. Bu gün elə bağlar ki, 15000 manata təklif olunur. Normal şəraiti olan bağlarda minimum qiymətlər 1000-1200 manatdan başlayır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilir 21 Avqust 2019, 09:39 Ermənistan atəşkəsi 23 dəfə pozdu 21 Avqust 2019, 09:30 Hamıdan uşaq, hamıdan qoca - 55 yaşlı Rəşad Məcid 21 Avqust 2019, 09:20 Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ 21 Avqust 2019, 08:48 “Rusiyanın ən varlı varisi” azərbaycanlıdır - REYTİNQ 21 Avqust 2019, 08:40 206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ 21 Avqust 2019, 08:28 Çempionlar Liqasında pley-off: 3 oyun keçirildi, bu gün daha 3-ü olacaq - TƏQVİM 21 Avqust 2019, 08:19 Manat bu gün hansı məzənnə ilə satılacaq... 21 Avqust 2019, 08:08 Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə ÇAĞIRIŞ:Dəfnə gəlməyin! 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10